"Arsenal" yenə etiraz etdi: "Azarkeşlərimiz yerdən və bilet sayından narazıdır"

"Arsenal" yenə etiraz etdi: "Azarkeşlərimiz yerdən və bilet sayından narazıdır"
İDMAN
14:13 16.05.2019
5032

UEFA-nın Avropa Liqasının Bakıda keçiriləcək final oyunu üçün "Arsenal" azarkeşlərinə cəmi 6 min bilet ayırmasına ingilis klubu növbəti dəfə etiraz edib.

London təmsilçisi sözügedən məsələ ilə bağlı bu gün bəyanat yayıb. Bəyanatda deyilir ki, "Arsenal"da hər kəs komandanın Avropa Liqasında finala çıxmasından məmnundur.

"Hamımız səbirsizliklə "Çelsi" ilə mayın 29-da keçiriləcək oyunu gözləyirik. Buna baxmayaraq, UEFA-nın nəqliyyat məhdudiyyətinə görə, 60 mindən çox (70 minə yaxın – red.) azarkeş tutumuna məxsus stadionda "Arsenal"a cəmi 6 min bilet ayırmasından məyus olmuşuq. Səfər problemlərini nəzərə alsaq, həmin azarkeşlərin oyuna gedə bilib-bilməyəcəyini zaman göstərəcək. Bizim 45 min abunəçimiz var. UEFA-nın final oyunu üçün nəqliyyat məhdudiyyəti olan yer seçməsi sadəcə, düzgün deyil. Reallıq budur ki, finala çıxan klublar azarkeşlərinin tələblərini qarşılaya bilməyəcəklər. Məsələ ilə bağlı fanatlarımızdan xeyli şikayət almışıq və onların narahatlıqlarını bölüşürük. Azarkeşlərimizin adından gələcəkdə finala görə seçiləcək yer üçün meyarları, həmçinin bunun bir hissəsi kimi, tərəfdarların tələblərinin necə nəzərə alınacağını öyrənmək istəyirik”.

Bəyanatda daha sonra qeyd olunub: "Biz UEFA-nı azarkeşlərin final məkanı ilə bağlı tələblərini yerinə yetirməyə çağırırıq. Çünki bu mövsüm baş verən hadisələr qəbuledilməzdir və təkrar oluna bilməz. Bunun üçün gələcəkdə qurumla istənilən müzakirəyə qoşulmaqdan məmnun olarıq". /// Qol.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
13:18 06.10.2026
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
13:12 06.10.2026
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
13:02 06.10.2026
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
12:41 06.10.2026
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
12:37 06.10.2026
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
12:33 06.10.2026
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
12:19 06.10.2026
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
12:14 06.10.2026
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
11:57 06.10.2026
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
11:56 06.10.2026
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
11:53 06.10.2026
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
11:43 06.10.2026
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
11:38 06.10.2026
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
11:25 06.10.2026
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
11:18 06.10.2026
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi
11:09 06.10.2026
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi