Azərbaycanda "Milli Sosial Şəbəkə" adı altında ilk sosial şəbəkə (www.ucun.az) fəaliyyətə başlayıb. Saytda istifadəçilərin tələblərinə uyğun bütün funksiyalar quraşdırılıb. İstifadəçilər, məlumatlarını, şəkillərini, linklərini, videolarını paylaşa bilər, öz aralarında həm çat vasitəsi ilə həm ismarıclar vasitəsi ilə əlaqə yarada bilərlər. Bundan başqa sayt istifadəçilərə tədbirlər və sorğular təşkil etmə, qruplar yaratma, öz fikirlərini bloqlar vasitəsi ilə yayma, müzakirələr yaratma və elanlarını saytda vermə imkanları təşkil edib. Ən əsası istifadəçilərin təhlükəsizliyi saytda qorunacaq. Belə ki, hər bir istifadəçi öz şəxsi informasiyalarını məxfilik tənzimləmələrini dəyişməklə idarə edə bilir. Yaxın gələcəkdə saytın mobil versiyası, istifadəçilərin daha rahat fikirlərini bölüşmələri üçün xüsusi səhifələrin də hazırlanması gözlənilir.