Artur Rəsizadə Azərbaycan xalqının rifahından danışdı

Artur Rəsizadə Azərbaycan xalqının rifahından danışdı
Bütün Xəbərlər
09:30 22.09.2012
1108
Ötən gün baş nazir Artur Rəsizadənin sədrliyi ilə Azərbaycan Respublikasının 2013-cü il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələri, həmçinin iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilib, həmin dövr üçün proqnoz göstəriciləri dinlənilib.
AZXEBER.COM-un məlumatına görə, iclası giriş sözü ilə açan Baş nazir Artur Rasi-zadə qeyd edib ki, dövlət büdcəsinin layihəsi prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə xalqın maddi rifahının daha da yaxşılaşdırılması, ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində əldə olunmuş nailiyyətlər, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasına uyğun və dünya iqtisadiyyatında gedən proseslər nəzərə alınmaqla tərtib edilib.Layihə hazırlanarkən dövlət büdcəsinin sosial və investisiya yönümlü olmasına, ölkəmizin müdafiə qüdrətinin artırılmasına, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə xüsusi önəm verilib.Büdcə layihəsi ətrafında müzakirələrdən sonra Baş nazir Artur Rasi-zadə iclasa yekun vurdu.Azərbaycan Respublikasının 2013-cü il üçün dövlət büdcəsinin layihəsi haqqında sənədlər toplusunun ölkə Prezidentinə təqdim edilməsi barədə qərar qəbul olunub.
OXŞAR XƏBƏRLƏR