xari

Arvadından şübhələnən ərin dəhşətli cinayəti - Çayxanada boğazını kəsdi

KRİMİNAL
11:04 03.03.2021
476
2018-ci il oktyabrın 19-u saat 14 radələrində Xətai rayonunda fəaliyyət göstərən çay evindən xəstəxanaya kəsilmiş-deşilmiş xəsarətlərlə Günel Məmmədova daxil olub.

BAKU.TV xəbər verir ki, yaralı həkimlərin səyi nəticəsində xilas olunub. Hadisədən bir saat sonra qadını bıçaqlayan şəxs Nizami RPİ 24-cü PŞ-nə gələrək təslim olub və cinayət törətdiyini bildirib. O, aidiyyəti üzrə Xətai RPİ 36-cı PB-nin əməkdaşlarına təhvil verilib.

İlkin olaraq İstintaq şöbəsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Məlum olub ki, Şəki rayonunda qeydiyyatda olan 31 yaşlı Rəcəb Məmmədov Bakı şəhərinin Nizami rayonunda yaşayıb, yük daşıma xidmətində sürücü işləyib.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Rəcəb Məmmədov bildirib ki, ərindən boşanan, 2 uşağı olan Günel Adıgözəlova ilə 2013-cü ilin yayında Bakı şəhərində tanış olub. 2018-ci ilin yanvar ayında rəsmi nikaha daxil olduqdan sonra Günel "Məmmədova" soyadını qəbul edib. Həmin vaxt onlar Babək prospektində kirayədə yaşayıblar. Günelin atası ilə anası da həmin mənzilə köçüblər.

Maddi vəziyyətlərinin ağır olduğunu söyləyərək işləmək istədiyini bildirən Günellə həmin ilin oktyabr ayında münasibətləri korlanıb. Qısqandığına görə arvadının kişilər yığışan yerdə xadimə və ya ofisiant işləməsinə razı olmayıb. Telefon danışıqlarına qulaq asdığına görə aralarında tez-tez mübahisələr olub. Bir müddət sonra Günel ondan boşanmağı tələb edib, oktyabrın 15-də evdən şəxsi geyim əşyalarını götürərək gedib.

4 gecə idarə etdiyi yük maşınında yatıb, həmin günlər ərzində dəfələrlə zəng etsə də, yoldaşı əksər vaxtlar zənglərinə cavab verməyib, cavab verdikdə isə onu təhqir edib. Günelin başqasını sevdiyini fikirləşib, onu güdmək qərarına gəlib. Oktyabrın 19-da işdən icazə alıb səhər saatlarında yaşadığı binanın qarşısına gəlib və arvadının mənzildən çıxmağını gözləyib. Saat 10 radələrində Günelin arxasınca "Şəhrizad" çay evinə gəlib.

Ümumi zalda masanın arxasında tək əyləşən Günelə yenə yaxınlaşıb, "kişilərin yığışdığı yerdə işləməsinə icazə vermədiyini" söylədikdə arvadı ona "sən kişi deyilsən, ailəni dolandıra bilmirsən" sözlərini deyib, onu təhqir edib.

Oradan çıxıb təxminən 1 saata yaxın küçədə dayanıb, Güneli qorxutmaq üçün yaxınlıqdakı məişət malları mağazasından bıçaq alaraq gödəkçəsinin iç cibinə qoyub və çay evinə qayıdıb, kabinetdə oturan yoldaşından evə getməsini xahiş etsə də, Günel orada işləyəcəyini bildirib. Sağ əli ilə gödəkçəsinin cibindən bıçağı çıxardıb, onun qarnından 2 dəfə zərbə vurub və ardınca boğazını kəsib. Daha sonra oradan çıxaraq polisə təslim olub.

Məhkəmə iclasında Rəcəb Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş Günel Məmmədova təqsirləndirilən şəxsi bağışladığını bildirib.

Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda "xüsusi amansızlıq” əlaməti məhkəmə istintaqı zamanı öz təsdiqini tapmayıb.

Məhkəmə onun əməlini CM-nin 29,120.2.4-cü maddəsindən CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edib. Məmmədovun himayəsində azyaşlı uşaqların olması, polisə könüllü təslim olması, əvvəllər məkum olunmaması və əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Məmmədov (1987-ci il təv.) 7 il 10 ay müddətinə azadlıqdan məhrum olunub.
 

OXŞAR XƏBƏRLƏR