Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Adıgözəl İsmayılov barəsində həbs qəti-imkan tədbiri seçilib
Bir neçə gün əvvəl paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində həyat yoldaşı Vəfa Hüseynovanı qətlə yetirən Adıgözəl İsmayılov barəsində artıq Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qəti-imkan tədbiri seçilib. Xatırladaq ki, qanlı hadisə zamanı Adıgözəl 36 yaşlı Vəfa Hüseynovanı kirayədə yaşadığı evin qarşısında çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. İstintaq zamanı məlum olub ki, ərlə arvad rəsmən nikahda olsalar da, bir müddət ayrı yaşayırmışlar. Qeyd edək ki, Adıgözəl İsmayılov həyat yoldaşını qətlə yetirərkən istifadə etdiyi bıçağı da istintaqçılara təhvil verib. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam edir.