Bakıda kişi arvadını bu səbəbdən öldürdü - İfadəsi dəhşətə gətirir

Bakıda kişi arvadını bu səbəbdən öldürdü - İfadəsi dəhşətə gətirir
HADİSƏ
09:04 22.11.2023
1401
Bakıda arvadını qısqanclıq zəminində qətlə yetirməkdə təqsirləndirilən Zöhrab Quliyevin məhkəmə ifadəsi məlum olub.

AZXEBER.COM "pravda.az"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə o, elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.

Zöhrab Quliyev ifadəsində göstərib ki, 2004-cü il tarixdə zərərçəkmiş, Sevinc Quliyeva ilə evlənib. Həmin evlilikdən üç övladları olub. O deyib ki, son vaxtlar Sevinc açıq-saçıq geyinib və küçəyə də bu formada çıxıb:

"Ona bu cür geyinməməsi barədə irad tutsam da, dinləmirdi. 2020-ci ildə Sevincdən boşanmaq üçün Sabunçu Rayon Məhkəməsinə müraciət etdim. Belə ki, Sevinc problemlər yaradır, öz bildiyi kimi hərəkət edir, təhqirlə danışır, məni bir ər kimi saymırdı. Həyat yoldaşım barəmdə polisə şikayət edəcəyini, döyüldüyünü deyərək məni tutduracağını söyləyirdi. Buna görə də qorxub boşanma ərizəsini geri götürürdüm. 2022-ci ilin avqust ayında məhkəməyə müraciət etdim və bu dəfə ərizəni geri götürmədim.

O vaxtdan məhkəmə mübahisəsi davam edirdi və Sevinclə mübahisələrimiz daha da şiddətlənmişdi. Sevinc yüksək səslə söyüşlə danışır, açıq-saçıq geyinməyə davam edirdi. Sonuncu dəfə 10 may 2023-cü il tarixdə, saat 9 radələrində yaşadığım Sabunçu qəsəbəsindəki evdə onun səsinə yuxudan oyandım. Sevinc yüksək səslə mənə və oğluma qarşı söyüşlər söyürdü və yüksək səslə qışqırırdı. Həmçinin həmin gün də arvadım açıq-saçıq geyinmişdi”.

Zöhrab Quliyev qətl hadisəsi barədə danışarkən deyib ki, əvvəlcə qadını boğub: "Arvadıma yenə susmasını, təhqirlərə son verməsini istədim, lakin Sevinc yaxşı elədiyini bildirdi. Həmin vaxt saat 10 radələri idi. Onun əlində tozsoran vardı. Dəhlizdə Sevincin boğazından sağ əlimlə tutdum və arxası üstə onu yerə yıxdım. Hər iki əlimlə onun boğazından tutub sıxmağa başladım. Sevinc müqavimət göstərməyə çalışdı. Onun müqavimətini gördüyüm üçün bundan sonra dərhal mətbəxə getdim və oradan bıçağı götürüb dəhlizə qayıtdım.
Sonra Sevincə bıçaq zərbələri vurdum. Sevinc arxası üstə halsız vəziyyətdə uzanıqlı idi. Bıçaq zərbələri vurarkən arvadım əvvəl müqavimət göstərsə də, sonradan səsi gəlmədi. Bundan sonra Sevincin öldüyünü anladım və bıçağı onun meyitinin yanına yerə qoydum, polisə gedərək təslim oldum. Orada törətdiyim əməli etiraf etdim. Özümü ona görə qismən təqsirli bilirəm ki, Sevinc məni onu öldürməyə məcbur etdi. Eyni zamanda arvadımın açıq-saçıq geyinməsi və təhqirli sözlər işlətməsi məni onu öldürməyə vadar etdi. Əməlimdən peşmanam”.

Qeyd edək ki, hadisə bu ilin mayında paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü Zöhrab Quliyevin qısqanclıq zəminində 1983-cü il təvəllüdlü Sevinc Quliyevanı qətlə yetirməsi barədə əsaslı şübhələr müəyyən edilib. Z.Quliyev könüllü polisə təslim olub. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zöhrab Quliyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda dəm qazından boğulan şəxs şəhid qardaşı imiş
00:56 12.10.2026
Sumqayıtda dəm qazından boğulan şəxs şəhid qardaşı imiş
İnsanların qeyri-adi dərəcədə uzun ömür sürdüyü "mavi zona"
00:46 12.10.2026
İnsanların qeyri-adi dərəcədə uzun ömür sürdüyü "mavi zona"
Məktəbdə geyim qaydaları uşaqların hüquqları ilə necə uzlaşdırılmalıdır? - Video
00:34 12.10.2026
Məktəbdə geyim qaydaları uşaqların hüquqları ilə necə uzlaşdırılmalıdır? - Video
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
00:28 12.10.2026
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Sevgidən başlarını itirəcəklər – Üç BÜRCƏ aiddir
00:18 12.10.2026
Sevgidən başlarını itirəcəklər – Üç BÜRCƏ aiddir
Netanyahu İran, Qəzza və Livandakı vəziyyətlə bağlı təhlükəsizlik müşavirəsi çağırıb
00:09 12.10.2026
Netanyahu İran, Qəzza və Livandakı vəziyyətlə bağlı təhlükəsizlik müşavirəsi çağırıb
Bahalı avtomobillər niyə qəfildən yanır? - VİDEO
00:03 12.10.2026
Bahalı avtomobillər niyə qəfildən yanır? - VİDEO
Hava soyuyan kimi dəm qazının törətdiyi faciələr artır - VİDEO
23:56 11.10.2026
Hava soyuyan kimi dəm qazının törətdiyi faciələr artır - VİDEO
İsrail ordusu Livanın cənubunda şübhəli hava hədəfinə qarşı raket buraxıb
23:50 11.10.2026
İsrail ordusu Livanın cənubunda şübhəli hava hədəfinə qarşı raket buraxıb
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
23:44 11.10.2026
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
Aİ rusiyalı turistlər üçün viza qaydalarını sərtləşdirir
23:34 11.10.2026
Aİ rusiyalı turistlər üçün viza qaydalarını sərtləşdirir
Rusiyanın Ukraynaya hava zərbələri nəticəsində 6 nəfər həlak olub
23:28 11.10.2026
Rusiyanın Ukraynaya hava zərbələri nəticəsində 6 nəfər həlak olub
“Slaviya” Bakıda
23:14 11.10.2026
“Slaviya” Bakıda
Oman sahillərində tankerə PUA hücumu olub, 2 hindistanlı dənizçi itkin düşüb
23:03 11.10.2026
Oman sahillərində tankerə PUA hücumu olub, 2 hindistanlı dənizçi itkin düşüb
Zelenski Rusiya ilə enerji atəşkəsinə hazır olduqlarını açıqlayıb
22:57 11.10.2026
Zelenski Rusiya ilə enerji atəşkəsinə hazır olduqlarını açıqlayıb
Sənədsiz evlərə necə çıxarış almaq olar? - VİDEO
22:46 11.10.2026
Sənədsiz evlərə necə çıxarış almaq olar? - VİDEO