Əri tərəfindən
vəhşicəsinə öldürülən qadının yaxınları danışdılar.
Zərdabın Yarməmmədbağı kəndində qanlı hadisə baş verib. Övladlarının
gözü qarşısında arvadının başını kəsib.
AZXEBER.COM ARB TV-yə istinadən xəbər verir ki, 33 yaşlı Aqşin Astanov həyat yoldaşı 23 yaşlı Rüxsanə Astanovanı başını kəsərək öldürüb.
Mərhumun
qohumlarının sözlərinə görə, rayon ərazisində şəxsi təsərrüfatların birində
çobanlıq edən Aqşin Astanov son vaxtlar ailənin qayğılarına biganə yanaşıb. Ehtiyac
içərisində olan ailəyə qonşular kömək edib. Bunu eşidən Aqşin Astanov gecə
saatlarında evə gələrək, 3 az yaşlı övladının gözu önündə həyat yoldaşına balta
ilə zərbə endirib, ölmədiyini görüncə başını bədənindən ayırıb.
Sahib Məcnunov - mərhumun qohumu: "Kənd camaatı dedi ki, başın kəsəndən
sonra əlində fırladırmış. Camaat görüb ki, əlində baş var. Uşaqlarda qorxudan
harasa qaçıblar. Sonra gəlib tutublar".
Gülnarə Məcnunova - mərhumun anası: "Başı çatmır, dəlidir. Mən nə bilim
axı? Dəli olduğunu bilsəydim, ona qız verməzdim".
Qulu Məcnunov - mərhumun babası: "Polisə xəbər verib ki, ərim məni
tullayıb bura, özü də filan yerdədir. Xəbər veriblər ərinə, deyiblər ki, qız səni
şikayət edib, səni tutacaqlar. O da gəlib baltanı götürüb".
Qeyd edək ki, Aqşin Astanov bundan öncə iki dəfə ailə həyatı qurub. Onun
sonuncu nikahdan 3 uşağı var.
Faktla bağlı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.