AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, gənc ailə başçısı E. E. porno-saytlardan birində arvadı S. E. -nin video görüntüsünü tapıb.
Qəzəblənən E. E. həyat yoldaşının huşsuz halda başqa bir kişi ilə sevişdiyi videonu onun özünə göstərib. S. E. isə ərinə xəyanət etmədiyini və ailə qurarkən bakirə olduğunu bildirib. O iddia edib ki, görüntülərdəki kişi 2 il əvvəl müayinəyə getdiyi həkimdir. S. E. –nin dediyinə görə, həkim müayinə zamanı onu yuxuya verib, daha sonra isə təcavüz edərək videosunu çəkib. Xanımının dediklərinə inanan E. E. polisə şikayət edib. Hazırda polis videoda üzü tanınmayan kişinin kim olduğunu araşdırır.