"Arzum" ilk dəfə danışdı: "Hələ də şokdayam"

"Arzum" ilk dəfə danışdı: "Hələ də şokdayam"
SOSİAL
19:05 04.07.2026
2237
Vəkil Fərid Həsənov Bakı İstintaq Təcridxanasında "Arzum 9999” ləqəbli tiktoker İlduzə Hacıyeva ilə görüşüb.

AZXEBER.COM xəbər verir ki, bunu Ölkə.az-a açıqlamasında müdafiəçi bildirib.

Onun sözlərinə görə, İ.Hacıyeva özünü yaxşı hiss edir, səhhətində heç bir problem yoxdur. Tiktoker kamerada bir neçə nəfərlə birlikdə saxlanılır: "Saxlanma şəraiti yaxşıdır, heç bir şikayəti yoxdur. Eyni zamanda özünə olan münasibətdən də narazı deyil”.

İlduzə Hacıyeva vəkili ilə söhbətində deyib ki, Xəzər Rayon Məhkəməsinin hökmünü qanunsuz, əsassız və ədalətsiz sayır: "Dedi ki, belə bir qərar gözləmirdim. Hələ də şokdadır. Kamerada onunla birlikdə saxlanılan şəxslər də təccübləniblər. Hamı İlduzə xanıma deyir ki, axı Azərbaycanda yol-nəqliyyat hadisəsinə, xüsusi ilə də şübhəli yol qəzasına görə qadınları həbs etmirlər. Dörd uşaq anasına isə belə bir cəzanın verilməsinə rast gəlinməyib”.

Fərid Həsənov bildirib ki, tiktokerin övladlarına hazırda nənə-babaları baxır. Onun Almaniya vətəndaşı olan həyat yoldaşının isə yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir.

Qeyd edək ki, İ.Hacıyevaya qarşı irəli sürülən ittihama əsasən, o, 27 iyun 2025-ci il tarixində saat 00:53 radələrində "Changan Qiyuan A05 Plug-in Hibrid” markalı, 10-BY-117 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri Xəzər rayonu ərazisində Mərdəkan-Qala avtomobil yolunda Qala istiqamətində hərəkətdə olarkən qəza törədib.

Nəticədə İ. Hacıyeva Məlikov Amal Musa oğlunun idarə etdiyi "Mercedes-Benz D2” markalı, 77-UK-890 dövlət qeydiyyat nişanlı avtomobilin arxa təkərinə sürtməklə vurub, ehtiyatsızlıqdan çarpaz toqquşmaya səbəb olub.

Nəticədə həmin avtomobildə olan sərnişin Muradova Sənubər Firdovsi qızı ağır bədən xəsarəti alıb, sürücü Məlikov Amal isə ölüb.

Xəzər Rayon Məhkəməsi hadisədə İ.Hacıyevanı günahkar bilib. Məhkəmə ona 5 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzası verib. İ.Hacıyeva məhkəmə zalında həbs olunub.

Onun vəkilləri apellyasiya şikayəti verməyə hazırlaşırlar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yaşadığı evdə meyiti tapıldı
21:43 28.10.2026
Yaşadığı evdə meyiti tapıldı
İspaniyada üçgünlük matəm elan olundu
21:39 28.10.2026
İspaniyada üçgünlük matəm elan olundu
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
21:36 28.10.2026
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Ərdoğan Ankarada Tokayevlə görüşüb
21:32 28.10.2026
Ərdoğan Ankarada Tokayevlə görüşüb
Xankəndidə rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri müzakirə edilib
21:27 28.10.2026
Xankəndidə rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri müzakirə edilib
Pərviz Abubəkirov işdən çıxarıldı
21:18 28.10.2026
Pərviz Abubəkirov işdən çıxarıldı
Yıxılıb xəsarət aldı, xəstəxanaya aparılarkən öldü
21:13 28.10.2026
Yıxılıb xəsarət aldı, xəstəxanaya aparılarkən öldü
Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel müzakirəsi keçirilib
21:10 28.10.2026
Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel müzakirəsi keçirilib
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
21:05 28.10.2026
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İƏT-ə üzv dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirilib
21:03 28.10.2026
İƏT-ə üzv dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirilib
İƏT-in Baş katibi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib
20:56 28.10.2026
İƏT-in Baş katibi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb
20:47 28.10.2026
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb
Maldivli nazir: VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil olunub
20:45 28.10.2026
Maldivli nazir: VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil olunub
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
20:39 28.10.2026
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
Nazilər kabineti aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsinə dair qərar verib
20:36 28.10.2026
Nazilər kabineti aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsinə dair qərar verib
Azərbaycanla Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub
20:32 28.10.2026
Azərbaycanla Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub