“Arzumuz var!” proqramı ilə daha 6 gənc tələbə adını qazanıb

“Arzumuz var!” proqramı ilə daha 6 gənc tələbə adını qazanıb
İQTİSADİYYAT
12:45 17.09.2026
428

Bir ekosistemi Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Arzumuz var!” təqaüd proqramına dəstək verməyə davam edir.

 

Proqramın məqsədi Bakı bölgələrdən olan qızların ali təhsilə hazırlığına, şəxsi peşəkar inkişafına, gələcək karyera seçimlərinə dəstək olmaqdır.

Proqramın ikinci ilində daha altı iştirakçı ali məktəbə qəbul olub. Məryam Rzayeva ADİU-da statistika, Zərifə Əbdülxalıqova Qarabağ Universitetində biologiya, Şəbnəm Zülfiyeva BSU-da tərcüməçilik, Aynur Şıxverdiyeva ADPU-da məktəbəqədər təhsil, Zeynəb Kərimli və Nəzrin Abbasova isə Qərbi Kaspi Universitetində su bioehtiyatları və akvakultura ixtisasları üzrə təhsil alacaqlar. Binə, Buzovna, Qusar və Ağcabədidən olan gənclərin dördü ödənişsiz əsaslarla, ikisi isə Bir ekosisteminin dəstəyi ilə təhsil alacaq.

"Qızların təhsilinə sərmayə yatırmaq, əslində, gələcəyə edilən investisiyadır”, – deyə Bir ekosisteminin rəsmi nümayəndəsi Fərid Hidayətzadə gənclərlə görüşdə bildirib. "Bizim üçün "Arzumuz var!” təkcə təhsil imkanının yaradılması deyil. Bu, qızların potensialını kəşf etməsi, müstəqil qərarlar verməsi və cəmiyyətdə öz yerini inamla tutması üçün yaradılmış güclü bir platformadır. İnanırıq ki, bugünkü imkanlar sabahın daha intellektual və hazırlıqlı nəslini formalaşdıracaq”.

Daha sonra çıxış edən Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, qurumun bu istiqamətdəki fəaliyyətinə diqqət çəkib: "Dövlət Komitəsi olaraq tərəfdaşlarımızla birgə 2021-ci ildən etibarən "Qızların təhsilinə dəstək” layihəsini uğurla həyata keçiririk. Əsas məqsədimiz yüksək potensiala malik qızlarımızın ali təhsilə əlçatanlığını təmin etməkdir. Bu gün həmin layihənin önəmli qolu olan - Bir ekosistemlə birgə həyata keçirdiyimiz "Arzumuz var” proqramı çərçivəsində tələbə adı qazanan bütün qızlarımızı təbrik edir, onlara təhsil həyatlarında davamlı uğurlar arzulayıram”. 

"Arzumuz var!” proqramının dəstəyi qızların universitetə qəbul olunması ilə yekunlaşmır. Təqaüdçülər il ərzində mentorluq dəstəyi alır, stresin idarə olunması, ictimai nitq və vaxtın idarə edilməsi kimi mövzularda təlimlərə qatılırlar. Rəqəmsal bacarıqlarını inkişaf etdirmələri üçün zəruri texniki imkanlarla təmin olunan iştirakçılar real iş mühiti ilə də tanış olmaq imkanı əldə edirlər. Növbəti mərhələdə dəstək tədbirlərinin qızların şəxsi və peşəkar inkişafına yönəldilməsi nəzərdə tutulur. Onların yeni bacarıqlar qazanması, təcrübə proqramlarında iştirak etməsi və gələcək peşə seçimlərini maraq və bacarıqlarına uyğun daha inamla formalaşdırması üçün imkanlar yaradılacaq.

Hazırda proqramın İsmayıllı, Qax, Lənkəran, Qusar və Xocalıdan olan daha yeddi iştirakçısı növbəti ilin qəbul imtahanlarına hazırlaşır. Ötən il tələbə adını qazanan beş gənc isə artıq universitetdə ikinci təhsil ilinə başlayıb və Bir ekosistemi onların təhsil və inkişaf yolunda dəstəyini davam etdirir.

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Daha ətraflı: bir.az  

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
15:54 18.09.2026
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
15:41 18.09.2026
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı