Arzuolunmayan körpələr xüsusi qutulara atılacaq

Arzuolunmayan körpələr xüsusi qutulara atılacaq
Bütün Xəbərlər
22:19 12.01.2012
2199
Gürcüstanda arzuolunmayan körpələr artıq küçələrə atılmayacaq. Onlar yaxınları tərəfindən tərk edildikləri zaman küçələrdə xüsusi hazırlanmış BabyBox adlı qutulara qoyulacaq. Gürcüstan parlamenti də yeni doğulmuş körpələrin həyatını xilas etmək məqsədi ilə hazırlanan bu laihyə müsbət yanaşır. Parlamentin vitse-spikeri Gerorji Sereteli bildirib ki, bir çox inkişaf etmiş ölkələr bu üsuldan istifadə edir. Onun sözlərinə görə, parlament ekspertlərlə müzakirələrdən sonra “reallığı pozitiv dəyişməyə” çalışacaq. Qeyd edək ki, hazırda Gürcüstan həbsxanalarında yeni doğulmuş körpələri öldürməkdə təqsirli bilinən 5 qadın cəza çəkir.
SİA
OXŞAR XƏBƏRLƏR