ASAİF ATGTİ-ni məğlub edərək çempion oldu - GƏNCLƏR KUBOKU

ASAİF ATGTİ-ni məğlub edərək çempion oldu - GƏNCLƏR KUBOKU
GƏNCLİK
11:07 07.08.2012
1952
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiya Assosiyasiyaları (AFFA), ADİDAS və “İRƏLİ” İdman Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycanda gənclərarası ilk “Gənclər Kuboku” turnirinə yekun vurulub. "İrəli"dən AZXEBER.COM-a verilən məlumata görə, turnirin mükafatlandırılma mərasimi 6 avqust 2012-ci il tarixində AFFA-nın inzibati binasında konfrans zalında keçirilib. Bağlanış mərasimində millət vəkili Ceyhun Osmanlı, AFFA-nın baş katibi Elxan Məmmədov, “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, “NOVCO” Şirkətlər Qrupunun prezidenti Fərid Novruzi iştirak ediblər, ölkəmizdə idmanın inkişafına dövlət qayğısından, eləcə də layihənin əhəmiyyətindən danışıblar və qalibləri təbrik ediblər. Turnirdə birinci yerə ASAİF, ikinci yerə ATGTİ və üçüncü yerə isə “Kreativ Gənclər” İctimai Birliyinin komandaları  sahib çıxıb. Qaliblərə kubok, diplom və “MY BRANDS” Şirkətindən müxtəlif hədiyyələr təqdim edilib. Xatırladaq ki, turnir çərçivəsində iki play-off mərhələsi keçirilib. Birinci play-off mərhələsində 32 komanda, ikinci play-off mərhələsində isə birinci mərhələdə qalib gələn 16 komanda iştirak edib. İkinci play-off mərhələsindən sonra qalib gələn 8 komanda qrup mərhələsində mübarizəni davam etdirib. Final mərhələsi isə 19 iyul tarixində keçirilib. Layihə çərçivəsində bütün oyunlar AFFA-nın Futbol Akademiyasının meydançasında baş tutub.  Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd 2012-ci ilin Cənab Prezident tərəfindən “İdman ili” elan edilməsini, ölkəmizdə bu sahənin inkişafına dövlət qayğısının artırılmasını nəzərə alaraq gənclər arasında idmanın inkişafı, sağlam həyat tərzinin təbliği  və bu sahəyə marağı olan gəncləri bir araya gətirməkdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
18:40 16.10.2026
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib
18:30 16.10.2026
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib
Peskov Zelenskini məsuliyyəti öz üzərinə götürməməkdə ittiham edib
18:16 16.10.2026
Peskov Zelenskini məsuliyyəti öz üzərinə götürməməkdə ittiham edib
İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı
17:51 16.10.2026
İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı
Prezident sərəncam imzaladı
17:27 16.10.2026
Prezident sərəncam imzaladı
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
17:16 16.10.2026
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
17:12 16.10.2026
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
16:57 16.10.2026
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək