ASAIF-in XI Yay Forumu davam edir

GƏNCLİK
17:30 31.08.2013
1874

ASAIF-in Bakıda keçirilən XI Yay Forumunun ikinci günü yekunlaşıb. 

AZXEBER.COM xəbər verir ki, forumun son günündə ASAIF-in həmtəsisçisi Rüfət Əzizov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, millət vəkili Ceyhun Osmanlı, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.Forumun 2-ci günündə müxtəlif mövzulu panellər təşkil olunmuşdur. ASAIF-in həmtəsisçisi London Materiallar Akademiyasının peşəkar üvü, Kimya elmləri üzrə fəlsəfə doktoru Rüfət Əzizov Xaricdə təhsil alan Azərbaycanlı tələbələrin müxtəlif cəmiyyətlərdə yaşamasının yaxşı bir hal olduğunu demişdir. Bunu onunla əsaslandırmışdır ki, bu gənclərin Azərbaycan cəmiyyətində tolerantlığa verilən qiymətlə, digər olkələrdə bu istiqamətdə atılan addımları müqaisə etmək imkanı daha çoxdur. “Azərbaycanın tolerantlıq mərkəzi kimi dünyada təbliğ edilməsi“ mövzusunda keçirilən panelin qonağı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov olmuşdur. O qeyd etdiki, Azərbaycanda hər zaman tolerantlığın mərkəzi olub. Bu gün ölkəmizdə yaşayan müxtəlif dinlərə mənsub insanların bir-biri ilə qarşılıqlı anlaşma şəraitində yaşaması, dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir. Komitə sədrinin fikrincə ölkənin hüdudlarından kənarda təhsil alan Azərbaycanlı gənclərin istər ölkəmizin uğurları, istərsə də işğal altında olan Dağlıq Qarabağ problem barədə dünya ictimaiyyətini məlumatlandırmaqda onların üzərinə çox böyük məsuliyyət düşür. Və onların bu məsuliyyəti dərindən dərk etmələri çox vacibdir. Sonra panel müzakirələrlə davam etdi. Komitə sədri Elşad İskəndərov tələbələri maraqlandıran sualları cavablandırmışdır.

Forumun 4-cü paneli “Azərbaycanda gənclər üçün yeni imkanlar” mövzusunda olmuşdir. Panelin moderatoru ASAIF həmtəsisçisi, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ceyhun Osmanlı Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə gənclərə yaradılan şərait və imkanlardan danışmışdır. Bildirmişdir ki, bu sahədə bir çox dövlət proqramları qəbul edilmiş, 2007-2015-ci illərdə gənclərin xaricdə təhsil üzrə dövlət proqramının qəbulu isə buna bariz nümunədir. Gənclərə dövlət qayğısı hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Panelin qonaqları Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun İcraçı Direktoru Fərhad Hacıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun İcraçı Direktoru Elçin Babayev, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Yardım Milli Fondunun İcraçı Direktoru Şirzad Abdullayev, RİTN İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun İcraçı Direktorunun müavini Azər Bayramov panelin mövzusu barədə öz fikirlərini bildirmişdirlər.

OXŞAR XƏBƏRLƏR