ASAİF Londonda möhtəşəm forum keçirdi - FOTOLAR

GƏNCLİK
15:40 14.02.2013
1538

ASAIF Böyük Britaniyanın paytaxtı Londonda, Böyük Britaniya Parlamentinin İcmalar Palatasında “Avropa Enerji Təhlukəsizliyində Yeni Dinamika: Azərbaycan və Türkiyənin Rolu” adlı Enerji Forumu keçirib.

AZXEBER.COM xəbər verir ki, tədbirin digər təşkilatçısı isə Birləşmiş Krallıqda fəaliyyət göstərən Türk Təbələrinin Şəbəkəsi Təşkilatı - Network of Students (NOS) olub.Forumun keçirilməsində əsas məqsəd hazırda təhsil alan gənclərə gələcək işlərində faydalı və regionda baş verən siyasi proseslərin analizində yardımçı ola biləcək informasiyaların verilməsidir.Həmçinin Azərbaycan və Türkiyənin Avropa üçün artan əhəmiyyətini və xüsusilə Azərbaycanın ixracatçı kimi stabil və enerji təhlükəsizliyinin qarantı olduğunu bildirməkdir. Eyni zamanda, erməni işğalçı siyasətinin 90-cı illərdə Azərbaycan üçün yaratdığı çətin dövrə baxmayaraq, indiyədək əldə olunan iqtisadi, siyasi və sosial inkişafını vurğulamaqdır.Həmçinin, bugünkü ölkə liderliyinin, Prezident İlham Əliyevin birbaşa iştirakı və Dövlət Neft Şirkətinin böyük ölçüdə əhəmiyyətli rolu ilə ərsəyə gələn və Türkiyə Respublikası ilə əməkdaşlıq nəticəsində uğurla davam etdirilən TANAP layihəsinin nəticələri və Avropa üçün əhəmiyyətindən bəhs etmək olub.Tədbirdə Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov, SOCAR-ın London Ofisinin direktoru Rüfət Əfəndiyev və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici Siyasət Məsələlərinin Təhlili şöbəsinin müdiri Rövşən İbrahimov, Türkiyə Respublikasını hakim partiyası olan – Ədalət və İnkişaf Partiyasının yaradıcılarından və yeni hökumətin ilk xarici işlər naziri olmuş Yaşar Yakış, Türkiyə Respublikasının Böyük Britaniyadakı konsulu Ahmet Demirok, “Global Resources Corporation”-nın sədri Mehmet Öğütçü, yerli parlamentar – britaniyalı millət vəkili Eric Joyce və 250-dək Britaniyada təhsil alan və məzun olan azərbaycanlı və türkiyəli gənclər və 15-dən artıq müxtəlif ölkəni təmsil edən digər xarici vətəndaşlar iştirak ediblər.ASAIF-in sədri Ramin Həkimov iştirakçıları salamlayaraq və forumun təşkilatçıları olan NOS və ASAIF haqqında məlumat verib.Daha sonra forumun moderatoru Mehmet Öğütçünün sədrliyi ilə forum öz işinə başladı. Tədbirdə ekspertlər Avropanın enerji təhlukəsizliyi və diversifikasiya siyasəti, regionda baş verən geosiyasi proseslər, Xəzər hövzəsinin və xüsusilə Avropanın enerji təminatında Azərbaycanın ixracatçı və Türkiyənin tranzit rolunun önəmi diqqətə çatdırıblar. Həmçinin, bu iki ölkənin enerji üzrə xarici siyasətləri, TANAP layihəsinin ərsəyə gətirilməsi və prosesin təsviri və Azərbaycanın Qarabağ reallıqları və erməni işğalının Avropa enerji təhlükəsizliyinə , regiondakı sülh və stabilliyə olan mənfi təsirindən geniş şəkildə bəhs olunub.Panel spikerlərinin çıxışından sonra isə forum cavab-sual sessiyası ilə başa çatıb. Bağlanış nitqi olaraq Ramin Həkimov qonaqlara və iştirakçılara göstərdikləri böyük marağa və diqqətə görə təşəkkür etdiyini bildirib.

OXŞAR XƏBƏRLƏR