ASAIF Ukraynada 'Şərq Tərəfdaşlığı ölkələrinin gənclər siyasəti' konfransında təmsil olunur

GƏNCLİK
16:05 20.06.2013
1490

ASAIF (Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu)-nun baş katibi Vüsal Qurbanov 20 iyun tarixində Ukraynanın Kiyev şəhərində start götürmüş “Şərq Tərəfdaşlığı ölkələrinin gənclər siyasəti” beynəlxalq konfransında iştirak edir.

ASAIF-dən AZXEBER.COM-a verilən məlumata görə, 20 iyun tarixində Ukraynanın paytaxtı Kiyev şəhərində başlayan və Avropa İttifaqı tərəfindən dəstəklənən konfransda Şərq Tərəfdaşlığı ölkələrinin (Azərbaycan, Ukrayna, Belarusiya, Moldova, Gürcüstan və Ermənistan) dövlət rəsmiləri, ictimai və gənclər təşkilatlarının nümunələri iştirak edirlər.

6 ölkədən 60-dan artıq iştirakçının qatıldığı konfransın əsas məqsədi müxtəlif ölkələrin gənclər siyasəti sahəsində təcrübəsininnin bölüşülməsi, Avropa İttifaqının gənclər siyasətinin prioritetləri ilə tanışlıq, Şərq Tərəfdaşlığı ölkələri gənclər təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsi və proqram çərçivəsində gələcək fəaliyyətlərin müzakirəsidir.

Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbəri Fərhad Hacıyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər Təşkilatları ilə İş sektorunun əməkdaşı Nisə Paşayeva, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun baş katibi Vüsal Qurbanov, “İRƏLİ” Ictimai Birliyinin sədri Rauf Mərdiyev, Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Türkan Vüsətqızı və tələbə gənclər təşkilatlarının nümayəndələri təmsil edirlər.

OXŞAR XƏBƏRLƏR