ASAİF 'Voices for peace, voices for Karabakh' layihəsinə start verdi - FOTO

ASAİF
Bütün Xəbərlər
16:53 08.05.2013
1436

Şuşanın işğalı ilə bağlı Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Forumu - ASAIF “Voices for peace, voices for Karabakh” adlı yeni kampaniyaya start verib.

AZXEBER.COM xəbər verir ki, kampaniya ictimaiyyətin diqqətini təkcə Qarabağ müharibəsinin günahsız qurbanlarına deyil, həmçinin dünyada hal-hazırda davam edən bütün digər münaqişələrə yönəldib.ASAIF məcburi şəkildə öz yurd-yuvalarından didərgin salınmış və köçkün həyatına məhkum edilmiş minlərlə insanın taleyi barədə düşünməyə və hərəkətə keçməyə dəvət edir.ASAIF ictimaiyyəti bu kampaniyada fəal iştirak etməklə insanlıq, bəşəri birlik və həmrəylik naminə Şuşa işğalının qurbanlarını hörmətlə yad etməyə səsləyir.Kampaniyanın mahiyyəti dünyada sülh və ədalətin bərpası üçün qeyri-zorakı cəhd və fəaliyyətlərə çağırış, bu tip ədalətsizliklərə qarşı etiraz səsinin qaldırılmasıdır.ASAIF bu kampaniya ilə qlobal sülhə və ədalətə inanan insanlarla birlikdə çalışmaq istədiyini bəyan edir.Daha ətraflı məlumatıwww.voicesforkarabakh.comrəsmi səhifəsindən əldə edə bilərsiz.

OXŞAR XƏBƏRLƏR