ASAN-dan növbəti yenilik – Növbəni online izlə

ASAN-dan növbəti yenilik –  Növbəni online izlə
Bütün Xəbərlər
15:07 22.05.2014
914

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinintabeliyindəolan “ASAN xidmət”mərkəzlərinin www.asan.gov.az internet səhifəsində mərkəzlərinnövbə göstəricilərini elektron formada əks etdirən funksional bölmə yaradılıb.

AZXEBER.COM xəbər verir ki, “Növbə göstəriciləri” funksional bölməsində“ASAN xidmət” mərkəzləri üzrə gün ərzində müvafiq müddət çərçivəsində xidmət göstərilən və növbədə gözləyən şəxslərin sayı, həmçinin xidmət üzrə orta gözləmə vaxtı da əks olunur. Bundan başqa istifadəçilər növbə götürmüş və xidmət göstərilməsi üçün nəzərdə tutulan növbəti müraciətlərin sayını da izləmək imkanı əldə edirlər.

www.asan.gov.az internet səhifəsinin istifadəçiləri “Növbə göstəriciləri” funksional bölməsindəki “ASAN xidmət” mərkəzləri hissəsini seçməklə aidiyyati xidmətlər üzrə müvafiq mərkəzlərdəki xidmət göstərilmiş və göstərilməsi nəzərdə tutulan növbədə gözləyən şəxslərin sayı ilə də yaxından tanış ola bilərlər.

Bu bölmə vasitəsi ilə xidmətlərimizdən faydalanmaq istəyən şəxslər zamanlarının daha səmərəliliyini təmin etmiş olarlar. Bakıdaşəhəri üzrə qeydiyyat məhdudiyyəti aradan qaldırılandan sonra bu yenilik olduqca faydalıdır. Belə ki, vətəndaşlar indi daha az növbənin olduğu “ASAN xidmət” mərkəzini seçərək, ora üz tuta bilər.

OXŞAR XƏBƏRLƏR