‘ASAN xidmət’ artıq Azərbaycanın brendinə çevrilib’

SİYASƏT
12:07 19.12.2013
1077
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "ASAN xidmət" artıq Aərbaycanın brendinə çevrilib.
Prezidentin bu istiqamətdəki siyasətinin əsasında Azərbaycan vətəndaşı və gənclər dayanır. Onlar bizim gələcəyimizdir". Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakıda keçirilən ASAN Könüllüləri Gənclər Təşkilatının I qurultayında çıxışı zamanı deyib.
PA rəsmisinin sözlərinə görə, əsas məqsəd vətəndaş məmnunluğu, şəffaflığın təmin olunması, korrupsiyanın qarşısının alınması, müasir texnologiyaların tətbiqi, dövlət qulluqçusu ilə vətəndaş arasında yeni münasibətlərin qurulması, yeni düşüncə tərzinin təşəkkül tapmasıdır.
F.Ələsgərov qeyd edib ki, dekabrın 18-dək artıq "ASAN xidmət" mərkəzlərinə 880 min insan müraciət edərək müxtəlif dövlət orqanlarının xidmətlərinDən yararlanıb: "Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, qısa müddət ərzində "ASAN xidmət" əhalinin etimadını qazanıb. Bunu keçirilən sorğular da təsdiq edir. Çox güman ki, fevral-mart aylarınadək Bakıda daha bir "ASAN xidmət" mərkəzi açılacaq. Bu günlərdə isə Gəncədə "ASAN xidmət" mərkəzi açılacaq və ətraf rayonları əhatə edəcək".
PA rəsmisi bildirib ki, "ASAN xidmət" mərkəzlərinin olmadığı rayonlarda isə səyyar "ASAN xidmət" avtobusları fəaliyyət göstərir. Artıq 37 rayonda 60 mindən çox sakinə xidmət göstərilib.
F.Ələsgərov deyib ki, könüllülər isə "ASAN xidmət"in fəaliyyətinə entizuazm, müasir dünyagörüşü, pozitiv enerji verib. Gələcəkdə dövlət qulluğunda işləmək istəyən gənclər burada təcrübə əldə etmək imkanı qazanır. Artıq yüzlərlə gənc bu fürsətdən istifadə edib: "Bu günədək "ASAN xidmət" mərkəzlərində minədək könüllü fəaliyyət göstərib. Gələcəkdə "ASAN xidmət" mərkəzləri açıldıqca onların sayı da artacaq. Onlar vətəndaşlara dövlət xidmətlərindən istifadə etməyə kömək göstərirlər. Mən gənclər və idman naziri Azad Rəhimova müraciət etmişəm ki, Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarına könüllülərin cəlb olunmasına kömək etsin. İnanıram ki, könüllülər bu etimadı doğruldacaqlar".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:24 12.02.2025

Böyük Britaniya fələstinli ailəyə Ukrayna sxemi üzrə sığınacaq verib

20:10 12.02.2025

"Arsenal"ın hücumçusu mövsümü erkən başa vurub

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus