ASAN Xidmət - Gələcəyimizin uğurlu zəmanəti

ASAN Xidmət - Gələcəyimizin uğurlu zəmanəti
Bütün Xəbərlər
14:50 26.05.2014
946

Hər zaman fərqli insanlar və fərqli düşüncələrlə təmasda olmaqdan zövq alıram. Hər günümü isə yeni tanışlıqlar və yeni fikirlərlə başlayıb, düşüncələrimdə analiz edərək sona çatdırdığım an isə....Yaradıcı və fərqli gün kimi qiymətləndirirəm....

Ancaq bu səhəri nədənsə içimdə fərqli və sanki bu gün özümü çox yaşlı hesab edəcəm kimi düşündüm...Hər zamankı kimi günümü musiqi ilə başladım. Sübh tezdən yuxudan qalxıb həzin musiqilərə qulaq asdım. Ancaq sübh tezdən oxunan ilhamverici bir səs muğam mənə və günümə daha böyük stimul verdi. Hər səhər klassik musiqiyə qulaq asaraq piyada uzun məsafə qət etməyi çox sevirəm. Bu səhər dayanacağa qədər Şopenin misilsiz musiqilərini dinlədim, və düşüncələrimi daha da aydınlatdım. Bütün yol boyu sanki yenidən həyata dönmüş, yamyaşıl ağacların altından keçərək insanın ətrafına olan münasibətini düşündüm. Ətrafımız çox dəyişkəndir. Əlbəttə ki ətalətdə olan, özünə qapanan və özünün cəmiyyətdə tutduğu yeri və bu dünyadakı vəzifəsini hələ də dərk etməyənləri nəzərə almadan... Hər atdığımız addımlarla ətrafımız dəyişir. Bir neçə addım atmaqla neçə cür insan, ağac, canlı ilə qarşılaşırıq... Məsuliyyət... Vicdan... Bir anlıq düşünürəm ki biz qeyd etdiyimiz ətrafa hansı şəkildə yanaşırıq? Öz sosial məsuliyyətimizi heç dərk edirikmi? Ətrafımızın da bizim kimi canlılardan və gözəl yaradılışlardan ibarət olduğunu düşünürükmü? Düşünürəm ki insan özünü düşündüyü qədər ətrafı da düşünsə həm özünə həm də ətrafına daha faydalı ola bilər. Yaşamaq yoxsa yaşatmaq? Bəzən insanlar elə düşünürlər ki yalnız yaşamaq üçün bu dünyadadırlar... 

Ancaq bəziləri isə yaşamaqla kifayətlənmiyib yaşatmaq missiyası ilə ömür sürürlər... Hər kəsə səmimiyyət və gülərüzlülüklə yanaşmaq, qayğıkeş rəftar etmək biz insanlarınhəyat meyarı olmalıdır. Hər yaşdan olan insanlarla dil tapmaq və onların yaşında danışmaq artıq insanın qarşısında dayanan diqqət və səmimiyyət gözləyənə olan bir uğurlu cavabdır. Uşaqları çox sevirəm və onlarla ünsiyyətdə olmaqdan çox böyük zövq alıram, çünki çox sayda sual verib nələrisə öyrənməyə çalışırlar... Bütün dünyanın uşaqlarını sevgi, sülh və qayğı mühitində böyüməsini istərdim... Uşaqlara qarşı olan hər hansı bir zorakılığı bütün insanlığa və bəşəriyyətə olan ən böyük haqsızlıq kimi qiymətləndirirəm. Hər dəfə qarşıma o nurüzlü uşaqlar çıxdığında özümü mən artıq uşaqlıq illərimə dönməyəcəm deyib, inandırıb gələcəyə baxmağa sövq edirəm. Ancaq reallıqlar ideyalarımızdan bir addım öndədir. Dayanacaqdakı müşahidəm isə hər zamankı kimi məni təəccübləndirir. İnsanlar tələsirlər.. Zaman... Hər zaman bizi özündən asılı halda saxlayan mücərrəd bir qüvvə... Ancaq bizim zaman üzərində ən böyük qələbəmiz bizim üçün ayrılan zamandan düzgün istifadədir. Bu şəxsi keyfiyyət bir çox uğurların başlanğıcında dayanan bir məvhumdur. Bir səs məni xəyallarımdan ayırdı "Ay oğul bağışla narahat edirəm...ASAN Xidmətə necə gedə bilərəm?" Təsadüflərə çox da inanmıram. Ancaq bu bir təsdaüf idi.. Zaman mənim üçün hər zaman rəqibdir və onu hər addımımda üsdələmək üçün zamanımnan daha səmərəli istifadə etməyə çalışıram. Son zamanlar ASAN Xidmət və onun həyata keçirdiyi bir çox uğurlu layihələrin özüm üçün bir araşdırmasını etmişdim. Bu uğurların əsasında yenilikçi, yaradıcı, individual olaraq sosial məsuliyyətini dərk etmiş, vətəndaşlarla çox səmimi mehriban münasibət quran Azərbaycanın 1nömrəli brendinin 1nömrəli komandası. Çox şirin və çox dəcəl nəvəsi ilə ASAN Xidməti seçən yaşlı nurani ahıl ilə birgə yol yoldaşlığımız oldu. Nəvəsinin başını tumarlayaraq "Deyirlər ASAN Xidmətdə uşaqlar çox sevinirlər onlar üçün uşaq əyləncə guşəsi var, bəlkə işimi rahat görərəm" 

Yaşlı qadının xoş təsuratları məni çox sevindirdi. Azərbaycan vətəndaşının ona olan münasibətdən məmnunluğu artıq böyük bir uğurun öz bəhrəsini verməsindən xəbər verir. Gün ərzində minlərlə insanlara xidmət edən uğurlu sistem artıq hər kəsin sevgisini qazana bilmişdir. Hətta balaca uşaqların belə böyük əyləncə, sevgi və diqqət içində olması artıq ASAN Xidmətin Azərbaycan vətəndaşının bütün nəsillərinə olan diqqətindən irəli gəlir. İçəri daxil olur olmaz bizi qarşılayan gülərüz heyət ilk olaraq yaşlı qadını əhatəyə alaraq ona köməklik etməyə çalışdılar. Balaca şirin nəvə isə uşaq guşəsini görüb yeni dostlarının yanına qaçdı. Artıq yaşlı qadın nəvəsi üçün narahat deyildi, çünki peşəkar və çox mehriban ASAN Xidməti komandasına inanırdı. ASAN Xidmətin ən böyük uğurlarından biri də yeni növbə mədəniyyətinin formalaşdırılmasıdır. İlkin olaraq növbə qeydiyyatından keçmək və gözləmə zallarındakı monitorlarla bunu şəffaf şəkildə izləmək mümkündür. Gözləmə zalındakı kitabları və Azərbaycanla bağlı təqdim olunan çox maraqlı video çarxlar diqqətimi çəkdi. Gözləmə zalındakı insanların bir qisminin ktab oxuması digərlərinin isə bu video çarxları böyük həvəslə izləməzi arıtq vətəndaşlarımızın yenilikçiliyə olan sevgisindən irəli gəlir. 

Ən önəmli hədəf olaraq bütün əməkdaşların layiqli və düzgün şəkildə nail olduqları müştəri məmnunluğu prinsipləri vətəndaşlarımızın münasibətlərindən asan şəkildə hiss olunur. Bütün bunların qarşılığında Azərbaycan vətəndaşının üzərinə düşəcək ən böyük məsuliyyət isə bunları qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək. Uğur, sevinc, sevgi paylaşıldıqca böyüyür və əhatəsini genişləndirir. Azərbaycanımızın bu uğurlarını bütün dünyada paylaşsaq, öz uğurlarımızla dünyaya yenilikər və örnəklər gətirsək gələcək nəsillərimiz bizimlə qürur duyar. ASAN Xidmətin Azərbaycanda sağlam ailə dəyərlərinin formalaşdırılması, kimsəsiz, fiziki və əqli qüsurlu uşaqlarla bağlı həyata keçirdikləri müxtəlif layihələr, qan vermə və ətraf mühitin muhafizəsinə yönəlmiş kütləvi aksiyalar örnək sosial məsuliyyət prinsiplərinin daha geniş və daha mükəmməl şəkildə reallaşdırılması çərçivəsində aparılan uğurlu iş və fəaliyyətdir. 1 nömrəli Brend- 1 nömrəli Fədakar Komanda və Azərbaycanın Uğurlu Gələcəyinin Xoş Sədaları...

Seymur Bayramov

OXŞAR XƏBƏRLƏR