ASAN Xidmətin avtobusları evinizə gələcək - FOTOLAR
Bütün Xəbərlər
12:04 22.04.2013
2492
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki 1 saylı “ASAN xidmət” Mərkəzi tərəfindən xidmətlərin göstərilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş xüsusi avtobusların görüntüləri yayımlanıb.AZXEBER.COM-un məlumatına görə, iyun ayından etibarən səyyar formada ölkənin rayon və kəndlərində əhaliyə xidmətlər göstərəcək. Bu gün səyyar avtobuslar Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Tanıtım Yürüşü başlayaraq İstanbuldan Bakıya yola düşəcəklər.