'ASAN xidmət'in saytı fəaliyyətə başlayıb

Bütün Xəbərlər
14:35 09.01.2013
1259

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış“ASAN xidmət” mərkəzlərininsaytı (asan.gov.az) fəaliyyətə başlayıb.

AZXEBER.COM-un məlumatına görə, saytda “ASAN xidmətlər”, “Onlayn növbə”, “Çağrı” mərkəzi”, “Onlayn əlaqə”, “Faydalı məlumat”, “Özünə xidmət”, “Səyyar xidmətlər”, “E-ASAN”, “Müraciət göndər”, həmçinin digər bölmələr fəaliyyət göstərir.

“ASAN xidmətlər” bölməsində vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ASAN xidmətlər”tərəfindən göstəriləcək xidmətlərin növləri ilə tanış ola bilərlər.

“Onlayn növbə” bölməsində isə vətəndaşlar ASAN Xidmət mərkəzlərində göstərilən xidmətlərdən istifadə məqsədilə onlayn növbə tutmaq imkanına malik olacaqlar (Onlayn növbə sistemi 2013-cü il yanvar ayının 15-dən etibarən istifadəyə veriləcək).

“Çağrı” mərkəzi” bölməsində eyniadlı mərkəz barədə məlumat verilib. Qeyd olunub ki, Dövlət Agentliyinin “Çağrı” mərkəzi tezliklə fəaliyyətə başlayacaq. “Çağrı” mərkəzləri vasitəsilə vətəndaş mərkəzə gəlmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı şikayət və təkliflərini bildirə bilər. Respublikanın istənilən regionundan stasionar (ev, iş) telefonlardan birbaşa “108” nömrəsinə edilən zəng və aparılan danışıq, habelə “Çağrı” mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

“Onlayn əlaqə” bölməsi də Dövlət Agentliyinin “Çağrı” mərkəzi fəaliyyətə başladıqdan sonra istifadəyə veriləcək.

“Özünə xidmət” bölməsində “ASAN mərkəz”-lərdə daim internetə açıq olan kompüterlər vasitəsilə vətəndaşların bütün növ elektron xidmətlərdən yararlana bilmək imkanı nəzərdə tutulur. Kompüteri olmayan vətəndaşlar mövcud elektron xidmətlərdən yararlanmaq üçün “ASAN xidmət” mərkəzlərinə gəlib daim internetə açıq kompüterlərdən istifadə edə bilərlər. Həmçinin dövlət orqanlarının saytları vasitəsilə göstərilən elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən vətəndaşlar “ASAN xidmət” əməkdaşlarının köməyindən yararlana bilərlər.

“Müraciət göndər” bölməsi vasitəsilə vətəndaşlar müvafiq qurumda çalışan şəxslərlə bağlı şikayət etmək imkanına malikdir.

Bundan başqa, vətəndaşlar digər bölmələrə də daxil olmaqla Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, müvafiq qanunvericilik, həmçinin digər qurumlarla bağlı zəruri məlumatlar əldə edə bilərlər.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. “ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
İraq Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətlərdən azad edilib
21:04 04.04.2026
İraq Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətlərdən azad edilib
Dağıstanda 30-dan çox şəxs içməli sudan zəhərlənib
20:49 04.04.2026
Dağıstanda 30-dan çox şəxs içməli sudan zəhərlənib