‘ASAN’da qanvermə aksiyası - FOTOLAR

‘ASAN’da qanvermə aksiyası -  FOTOLAR
Bütün Xəbərlər
18:40 14.08.2013
1266

14-15 avqust 2013-cü il tarixində “ASAN xidmət” mərkəzlərində qanvermə aksiyası keçirilir. Aksiya talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq məqsədi ilə təşkil edilir.

AZXEBER.COM-un məlumatına görə, qanvermə aksiyası Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Qan Bankının birgə təşkilatçılığı ilə həyata keçirilir.

2 günlükaksiyalar zamanı toplanacaq qan talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə sərf edilməsi məqsədi ilə tam pulsuz şəkildə Qan Bankına təqdim ediləcəkdir.

Vətəndaşlarımızı bu aksiyaya qoşulmağa səsləyirik!

OXŞAR XƏBƏRLƏR