ASB Bank Azərbaycan bank sistemində ilk dəfə olaraq 'taksit kart' layihəsini həyata keçirdi

ASB Bank Azərbaycan bank sistemində ilk dəfə olaraq
İQTİSADİYYAT
11:33 12.06.2012
2359
ASB Bank, Azərbaycan bank sistemində ilk dəfə olaraq Milli Kart prosessinq mərkəzi, Mastercard ve Cardtek grup şirkətlərindən SmartSoft-un əməkdaşlığı ilə plastik kartlarda taksit sisteminin tətbiqini uğurla həyata keçirmişdir. ASB Bankın yeni taksit kart məhsulu “Extra Card” adlanır. Extra Card ilə partnyor olan alış-veriş və xidmət məntəqələrindən satın alınan xidmət və ya malların dəyərini 12 ayadək faizsiz olaraq hissə-hissə ödəmək və xərclədikcə bonus qazanmaq mümkündür. Extra Card çeşidləri bonus xüsusiyyəti olan Extra Card Maestro, həm taksit edən həm də bonus qazandıran – Extra Card Standart, Extra Card Gold, Extra Card Platinum, Extra Card Business kredit kartlarıdır. Extra Card-ın ölkədə indiyə qədər analoqu olmayan xüsusiyyətləri: ilk dəfə online rejimdə işləyən kartlı ödəniş sisteminin tətbiq edilməsi;  normal bir kredit kartının bütün xüsusiyyətləriylə yanaşı alış-verişlərdə taksit edə bilməsi, yəni faizsiz hissə- hissə ödəməyə imkan verməsi;  xərclədikcə bonus qazandırması, qazanılan bonusların yığıla bilməsi və ya məhdudiyyətsiz olaraq xərclənə bilməsi;  tək bank hesabı ilə həm kart hesabının həm də bütün bank əməliyyatlarının idarə edilə bilməsi; filialdan bir dəfə təlimat verərək hər ay kredit kart borclarının avtomatik olaraq cari hesabdan ödənə bilməsi; Həmçinin Extra Card ilə ilin 365 günü ölkə daxili və xaricində bütün bankomatlardan nağd pul almaqla yanaşı hər növ kommunal və rabitə ödənişlərini asanlıqla həyata keçirilə bilər. Extra Card-ı əldə etmək üçün ən yaxın ASB Bank filialına müraciət edilə bilər və ya şəhər telefonlarından 4934949 nömrəsinə zəng edilə bilər. Yaxın günlərdə Extra Card haqqında ictimaiyyətə daha geniş informasiya veriləcəkdir.
OXŞAR XƏBƏRLƏR