Asəf Zeynallının dünyaya gəlməsindən 104 il ötür

Asəf Zeynallının dünyaya gəlməsindən 104 il ötür
MƏDƏNİYYƏT
09:03 05.04.2013
1735
O cəmi 23 il yaşadı. Amma bu qısa ömründə belə adını Azərbaycanın klassik musiqi mədəniyyəti tarixinə böyük hərflərlə yazdı. Onun qısa, lakin mənalı həyat yoluna nəzər salsaq, bir gəncin zəngin musiqi dünyası yaratdığının şahidi olarıq. Asəf Zeynallı 1909-cu il aprelin 5-də Dərbənddə anadan olub. Hələ kiçik yaşlarından musiqiyə böyük həvəsi olan Asəf burada nəfəs alətləri üzrə təhsil alır. Sonralar ailəsi ilə birgə Bakıya köçür və musiqiçi təhsilini musiqi məktəbində davam etdirir.Dünya şöhrətli bəstəkar Mstislav Rastropoviçin atası ilə violençel dərsi keçir. Daha sonra konservatoriyanı bitirərək ilk peşəkar bəstəkar adını alır. O təkcə bu adıyla yadda qalmayıb. Musiqi tariximizə bir çox yeniliklər gətirən gənc bəstəkar milli romans janrının əsasını qoyur, bu gün də sevilən neçə-neçə simfonik, kamera-vokal və instrumental əsərlər bəstələyir. Onun “Ölkəm”, “Sual”, “Seyran”, “Sərhədçi”, “Çadra” romansları, iri formalı “Fraqmentlər” süitası Azərbaycan simfonik konsert musiqisinin ilk nümunələri sayılır.Azərbaycan musiqi folkloru nümunələrinin toplanmasında onun böyük xidmətləri var. 70-ə yaxın xalq mahnısını nota köçürən Asəf Zeynallı elə bunun üçün Qarabağa gedir və orada xəstələnir. Bakıya qayıtdıqdan sonra isə o bir daha ayağa qalxa bilmir. Ancaq ömrünün son çağında belə ürəyi musiqi ilə döyünür.Asəf Zeynallının həyatdan köçməsindən 75 il ötür. Bu gün Bakıda onun adını daşıyan küçə var. Neçə illər asəf zeynallının adını daşıyan musiqi texnikumu indi milli konservatoriyanın nəzdində Bakı musiqi kollecinə çevrilsə də bu gün də ölməz bəstəkarın adını daşıyır. Bu gün musiqi mədəniyyətimizin bünövrəsini qoyan sənətkarların adının əbədiləşdirilməsi onların qoyub getdikləri irsə hörmət və gələcək nəsillər üçün bir tarixi örnəkdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü