ASGA “Gənclərin İKT inkişafı mərkəzi” layihəsinə başladı

ASGA “Gənclərin İKT inkişafı mərkəzi” layihəsinə başladı
GƏNCLİK
14:45 28.02.2017
2476
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmiş, onun əhatə dairəsı dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə insanların həyat tərzini əhatə etmişdir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya-kommunikasiya texnologiyalarının yaratdığı üstünlüklərdən lazımi səviyyədə faydalanır, iqtisadi sahədə böyük uğurlara imza atırlar.
 
Bu gün İKT-nin inkişafı respublikanın davamlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilib.
 
Bu zərurəti nəzərə alan Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə gənclərin İKT sahəsində peşəkarlığının yüksəldilməsinə xidmət edən "GƏNCLƏRİN İKT İNKİŞAFI MƏRKƏZİ” layihəsinin icrasına başlayıb. Bu barədə saytımıza açıqlama verən ASGA sədri, internet media ekspert Səbuhi Abbasov layihənin əsas məqsədinin İKT-nin sürətli inkişafı prosesinə gənc nəslin adaptasiyasını təmin etməkdən ibarət olduğunu dedi: "Layihənin əsas məqsədi İKT-nin sürətli inkişafı prosesinə gənc nəslin adaptasiyasını təmin etmək, İnternet mediada çalışan gənclərin informasiya təhlükəsizliyi qaydalarına riayət olunmasını aşılamaq, gənclərdə texniki-nəzəri İKT biliklərinin artırılması, ölkəmizin dünyada təbliğində İKT imkanlarından istifadənin təbliğini həyata keçirilməsi, mobil tətbiqlərə inteqrasiyanın sürətləndirilməsidə gənclərin rolunun artırılması, web resursların yaradılması və idarə olunmasın prosesinə gənclərdə marağın artırılması, eyni zamanda Sosial şəbəkələrdən səmərəli istifadənin təmin edilməsindən ibarətdir.
 
Layihənin tək paytaxt Bakıda deyil, eyni zamanda, Respublikamızın müxtəlif bölkələrində təlim formatında keçirilməsi nəzərdə tutulub. Həmçinin, layihə çərçivəsində www.ictcenter.az saytı yaradılacaq. Saytın eyni zamanda mobil versiyası hazırlanacaq. Bu gələcəkdə layihə bitdikdən sonra davamlılıq üçün olduqca böyük bir tövhədir. Son 5 ildə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər bir daha gənclərimizin İKT biliklərinin inkişafını, virtual savaşda daha sistematik mübarizəsini stimullaşdırıb. Hesab edirəm biz bu layihə çərçivəsində yüzlərlə gəncimizi sözügedən sahədə maarifləndirməyə müvəffəq olacağıq”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İdeyanı Birbank-ın “Spark Tələbə İnnovasiya proqramı” ilə gerçəkləşdir
11:28 21.10.2025
İdeyanı Birbank-ın “Spark Tələbə İnnovasiya proqramı” ilə gerçəkləşdir
Marsol Group nümayəndə heyəti İsveçrədə səfir Fuad İsgəndərovla görüşdü - FOTOLAR
11:26 21.10.2025
Marsol Group nümayəndə heyəti İsveçrədə səfir Fuad İsgəndərovla görüşdü - FOTOLAR
Azərbaycanda insanlar arasında dabaq xəstəliyinə yoluxan var? - RƏSMİ AÇIQLAMA
11:18 21.10.2025
Azərbaycanda insanlar arasında dabaq xəstəliyinə yoluxan var? - RƏSMİ AÇIQLAMA
Erməni generalın ailəsinə məxsus 1,2 milyardlıq əmlak müsadirə olundu - SİYAHI
11:17 21.10.2025
Erməni generalın ailəsinə məxsus 1,2 milyardlıq əmlak müsadirə olundu - SİYAHI
"Azərbaycanla Mərkəzi Asiya ölkələrinin münasibətləri "6-lıq" modelini formalaşdırır"
11:14 21.10.2025
"Azərbaycanla Mərkəzi Asiya ölkələrinin münasibətləri "6-lıq" modelini formalaşdırır"
Yeni ildən quru sərhədlər açılacaq? - İki ölkə ilə gediş-gəliş bərpa ola bilər
11:08 21.10.2025
Yeni ildən quru sərhədlər açılacaq? - İki ölkə ilə gediş-gəliş bərpa ola bilər
Yavər Camalovun gəlini vəfat etdi
11:05 21.10.2025
Yavər Camalovun gəlini vəfat etdi
Bakıda dəhşət: Avtomobildə atasının qucağından sürüşən uşaq öldü
11:02 21.10.2025
Bakıda dəhşət: Avtomobildə atasının qucağından sürüşən uşaq öldü
Azərbaycanda soyuq qəhvə istehsalına başlanılıb
11:00 21.10.2025
Azərbaycanda soyuq qəhvə istehsalına başlanılıb
Unibank “2024 Dayanıqlılıq Hesabatı”nı təqdim edib: Yaşıl maliyyə və inklüziv inkişaf ili
10:52 21.10.2025
Unibank “2024 Dayanıqlılıq Hesabatı”nı təqdim edib: Yaşıl maliyyə və inklüziv inkişaf ili
Övladlarımızın həyatını səhlənkarlığımıza qurban verməyək!
10:42 21.10.2025
Övladlarımızın həyatını səhlənkarlığımıza qurban verməyək!
Deniz Seki: "Həyatımı Deniz ya da Serenay canlandırsın"
10:41 21.10.2025
Deniz Seki: "Həyatımı Deniz ya da Serenay canlandırsın"
Toyuna sayılı günlər qala meyiti tapılan Ləmanın - Fotoları
10:23 21.10.2025
Toyuna sayılı günlər qala meyiti tapılan Ləmanın - Fotoları
Doğuş və Xoşqədəm evlilik ildönümünü qeyd edir
10:23 21.10.2025
Doğuş və Xoşqədəm evlilik ildönümünü qeyd edir
"Manchester United"in qapıçısı Müge Anlının qızına elçi düşdü
10:16 21.10.2025
"Manchester United"in qapıçısı Müge Anlının qızına elçi düşdü
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir
10:11 21.10.2025
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir