ASGA Rusiya nümayəndəliyində yeni təyinat-FOTO

GƏNCLİK
01:39 13.03.2015
2297

Ötən ilin iyun ayında təsis edilən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Rusiya nümayəndəliyi qısa zaman kəsiyində kifayət qədər ciddi layihələr həyata keçirib.

Bu barədə saytımıza məlumat verən ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili təşkilat ətrafında kifayət qədər ciddi gənclərin toplandığını və strukturlaşmaya ehtiyac olduğunu vurğuladı: “Bir illik fəaliyyətimiz dövründə biz 20-yə taxın tədbir, 10-a yaxın dəyirmi maşa, 5 layihə, 3 kütləvi aksiya həyata keçirmişik. 2015-ci il bizimçün daha düşərli oldu. Biz bir çox ilklərə imza atdıq: diaspor təşkilatlarını bir araya gətirmək üçün informasiya mərkəzi yaratdıq. Bundan başqa qadınların diaspor işində fəal iştirakını təmin etmək üçün klub təsis etdik. Azərbaycan mədəniyyətinin Rusiyada təbliğatını davamlı şəkildə həyata keçirdik. Əsas məsələ ondan ibarətdir ki, bütün bu fəaliyyətimizi digər təşkilatlarla əlaqəli şəkildə həyata keçirdik. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı birmənalı şəkildə Rusiyada yaşayan azərbaycanlı gəncləri öz ətrafına toplayıb. Bu bizimçün çox böyük stimuldur. İndi isə qarşımızda duran əsas hədəf Bakı 2015 ilk Avropa Olimpiya oyunlarının təbliğini yüksək səviyyədə aparmaqdan ibarətdir. Fəaliyyət sahəmiz genişləndikcə güclü komandaya ehtiyac yaranır. Bu mənada Rusiya nümayəndəliyi olaraq ASGA rəhbərliyi və İdarə heyəti ilə məsləhətləşdikdən sonra nümayəndəliyin icraçı direktorunu təyin etmək qərarına gəldik. Qarayev Xəzər Akif oğlu Rusiyada öz səmərəli fəaliyyəti ilə seçilən gənclərimizdəndir. Hesab edirəm ki, bu çox uğurlu bir addım olacaq”

OXŞAR XƏBƏRLƏR