ASGA şəhid ailəsini ziyarət etdi - FOTOLAR

ASGA şəhid ailəsini ziyarət etdi - FOTOLAR
GƏNCLİK
12:50 02.09.2016
2730

Bu il 10 yaşını qeyd edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası daxili imkanları hesabına həm beynəlxalq, həm də respublika səviyyəli tədbirlər, layihələr həyata keçirib.

Bugünlərdə isə ASGA daxili imkanları hesabına daha bir layihəyə start verib."Şəhidimi unutmadım, unutmaram"adlı layihə çərçivəsində şəhid ailələrinin ən zəruri ehtiyaclarının ödənilməsi üçün sistematik tədbirlər həyata keçirilir.

İlk olaraq ASGA rəhbərliyi və üzvləri Mingəçevir Şəhidlər Xiyabanını ziyarət etdilər, vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhunu hörmətlə yad etdilər. Daha sonra Şəki rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən Şəhid Tağıyev Rahim Qara oğlunun ailəsini ziyarət etdilər.

Bu barədə saytımıza ASGA-nın sədri Səbuhi Abbasov məlumat verib: "Hesab edirəm ki, hər bir vətəndaş dövləti, xalqı, milləti, şəhidi qarşısında olan borcunu dərk eləməlidir. ASGA İdarə Heyətinin fəxri üzvü Samir Əhmədovun və ASGA ATM-in rəhbəri Azər Verdiyevin bilavəsitə təşəbbüsü ilə reallaşan layihə çərçivəsində biz şəhid övladlarının ən zəruri ehtiyaclarının ödənilməsi üçün proqramlar həyata keçirəcəyik. ASGA sədr müavini Tural Əhmədovun təqdimatı ilə növbəti şəhid ailələrinin siyahısı hazırlanır. ”

ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri Azər Verdiyev artıq ilk şəhid ailəsi ilə görüşdüklərini, məktəb üçün zəruri olan hər bir ləvazimatla onları təmin etdiklərini dedi: "İlk olaraq biz əslən Şəki rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən Tağıyev Rahim Qara oğlunun ailəsini ziyarət etdik. 3 övladı olan şəhidimizin ailəsi bizi böyük sevgi ilə qarşıladılar. Əslində onların mənəvi dayağa nə qədər ehtiyacı olduqlarını gördük. Biz hər zaman prezidentimizdən, icra başçılarından şəhidlərə qayğı tələb etməməliyik. Bu qayğı onsuzda var və olacaq. Biz vətəndaş olaraq öz börcumuzu yerinə yetirməyi bacarmalıyıq”

Qeyd edək kiR. Tağıyev 1998-ci ildə Şəki şəhərindən hərbi xidmətə çağırılıb. Həmin il aprelin 12-dən hərbi xidmətə başlayıb. 1999-cu il yanvarın 15-dən müdavim kimi, sonra isə tank komandiri vəzifəsində xidmət edib. R. Tağıyev aprelin 2-də cəbhənin Tərtər-Ağdərəistiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində ağır yaralanıb, Bakıdakı Hərbi Hospitala yerləşdirilib. Həkimlər R. Tağıyevin sağ qalsa belə, baş nahiyəsindən ağır yaralandığı üçün komadan ayılmayacağını bildirmişdilər. Tankçı aprel döyüşlərindən bu günədək müxtəlif vaxtlarda 3 dəfə cərrahiyyə əməliyyatı edilib, 3 ay 7 gün koma vəziyyətində qalıb. Yaxınlarının sözlərinə görə bir neçə gün idi ki, Rahimin səhhətində yaxşılığa doğru bir az irəliləyiş olub, lakin bu gün səhər saatlarında dünyasını dəyişib. Əslən Şəki rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən R. Tağıyevin nəşi ailəsinin istəyi ilə Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Üç uşaq atası olan şəhid hərbçi ailədə 5 qardaş və 3 bacı olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Baş nazir: İsrailin Tramp qədər yaxşı dostu olmayıb
17:37 19.06.2025
Baş nazir: İsrailin Tramp qədər yaxşı dostu olmayıb
"İlham Əliyevin liderliyində uzanan qardaşlıq əli Kahramanmaraşın bağrına möhür vurub"
17:28 19.06.2025
"İlham Əliyevin liderliyində uzanan qardaşlıq əli Kahramanmaraşın bağrına möhür vurub"
Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
17:23 19.06.2025
Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
"Türkiyənin üzləşdiyi faciədə Azərbaycan xalqının göstərdiyi dəstək unudulmayacaq"
17:09 19.06.2025
"Türkiyənin üzləşdiyi faciədə Azərbaycan xalqının göstərdiyi dəstək unudulmayacaq"
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
16:46 19.06.2025
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
16:45 19.06.2025
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
16:41 19.06.2025
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
16:36 19.06.2025
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
Güvən verməyən 4 BÜRC
16:32 19.06.2025
Güvən verməyən 4 BÜRC
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
16:30 19.06.2025
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
16:22 19.06.2025
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
16:12 19.06.2025
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
Finlandiya Ottava müqaviləsindən çıxır
16:05 19.06.2025
Finlandiya Ottava müqaviləsindən çıxır
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
15:53 19.06.2025
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
15:36 19.06.2025
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
15:32 19.06.2025
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib