Aşığın maşını yanıb külə döndü

Aşığın maşını yanıb külə döndü
MAQAZİN
18:48 26.05.2026
270
Gəncə şəhərində avtomobil yanıb.

AZXEBER.COM  "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, "Mercedes” markalı avtomobil anidən alovlanıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobil tamamilə yararsız vəziyyətə düşüb.

Yanğın yerinə Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub, müdaxilə nəticəsində alov söndürülüb.

Bildirilib ki, yanan avtomobil Gəncədə və bölgədə tanınan aşıq Niyaməddin Qurbanova məxsusdur.
OXŞAR XƏBƏRLƏR