Asim Mollazadə: “Fransa Minsk qrupundan uzaqlaşdırılmalıdır”

Asim Mollazadə: “Fransa Minsk qrupundan uzaqlaşdırılmalıdır”
Bütün Xəbərlər
15:56 24.01.2012
1421

Xəbər verdiyimiz kimi, Fransa Senatında uydurma erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsi qəbul edilib. 127 deputat qərarı lehinə, 86 deputat isə əleyhinə səs verib.Bu qanunla qondarma soyqırımı inkar edən şəxslər bir il müddətinə azadlıqdan məhrum ediləcək və ya 45 avro məbləğində cərimə ödəyəcək.

Fransanın bu addımı Azərbaycanda da birmənalı qarşılanmayıb. Bu gün YAP rəsmiləri və hakimiyyət nümayəndələri Fransanın atdığı bu addımı gülünc adlandırıblar.

AZXEBER.COM portal məsələ ilə bağlı Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadənin fikirlərini öyrənib. Mollazadə bu qanunun çox yersiz bir qanun olduğunu söyləyib: “Ümumiyyətlə çox yersiz bir qanundur. Görünür ki, Sarkozinin ümidi erməni lobbisinə qalıb. Çünki Sarkozi gələn seçkilərdə ağır məğlubiyyətə uğrayacağını bildiyi üçün bu cür cılız yollardan istifadə edir. Artıq Fransanın Minsk qrupundakı həmsədrliyi Avropa Şurası tərəfindən həyata keçirilməlidir. Çünki Fransanın münaqişəyə obyektiv yanaşmağı şübhə altındadır. Fransanın Minsk qrupundakı fəaliyyətinin dayandırılması üçün bütün beynəlxalq qurumlara müraciət edilməlidir”.

Əfsələddin AĞALAROV

OXŞAR XƏBƏRLƏR