Azərbaycan Ordusunun 3 aylıq əsgəri Ceyhun Zaman oğlu Qubadovun ölümü ictimaiyyətdə böyük etiraza səbəb olub.
AZXEBER.COM olaraq məsələ ilə bağlı Milli Məclisin deputatı Asim Mollazadənin münasibətini öyrəndik. Asim bəy AZXEBER.COM-a verdiyi açıqlamada 19 yaşlı əsgərin ölümünün səbəbkarlarının tezliklə tapılmalı olduğunu bildirib:
“Bu, üstündən keçiləsi məsələ deyil. Prokurorluq və Müdafiə Nazirliyi bunu tezliklə araşdırmalıdır. Artıq bu gün bu barədə açıqlama verilməlidir. Əsgərin ölümünün səbəbi müəyyənləşdirilməli və günahkarlar aşkarlanmalıdır. Həmin hərbi hissədə də ciddi tədbirlər görülməlidir. Ümumiyyətlə, fikrimcə, bu kimi halların qarşısını almaq üçün geniş tədbirlər görülməlidir. Parlament müvafiq müdafiə komitəsi yaratmalıdır ki, bu işlə məşğul olsun və çatışmazlıqlar aradan qaldırılsın”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən, Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılmış, 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadov bir neçə gün əvvəl postda olarkən qəfildən dünyasını dəyişib. Mərhumun valideyni bədənində zorakılıq əlamətləri olan əsgərin döyülərək öldürüldüyünü iddia edib. Faktla bağlı istintaq araşdırması gedir.
Ceyhun