Asim Mollazadə şagirdlərə vətənpərvərlik mövzusunda dərs deyib

Asim Mollazadə şagirdlərə vətənpərvərlik mövzusunda dərs deyib
Bütün Xəbərlər
11:00 17.09.2013
948

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bu gün Nəsimi rayonundakı 152 saylı orta məktəbin şagirdlərinə vətənpərvərlik mövzusunda dərs deyib.

AZXEBER.COM xəbər verir ki, millət vəkili Azərbaycanın istinad etdiyi dəyərlər və ölkəmizin dünyadakı yeri barədə şagirdlərə ətraflı məlumat verib, təhsilin hər bir insanın həyatındakı önəmli rolundan danışıb.O, ölkəmizin gələcəyinin dünyadakı rəqabətə hazır olan bilikli, geniş dünyagörüşlü, müxtəlif dillərdə danışa bilən, mədəni səviyyəsi yüksək olan gənclərdən asılı olacağını deyib. Dövlət büdcəsindən təhsilə ayrılan vəsaitlərin ildən-ilə artdığını vurğulayan millət vəkili, Azərbaycanda təbii sərvətlərdən gələn gəlirlərin əsas hissəsinin təhsilin, insan amilinin inkişafına sərf olunmasının vacibliyini qeyd edib. Həmçinin bildirib ki, uğur əldə etməyin əsas formulu biliklə əməyin vəhdətidir.Sonda Asim Mollazadə şagirdlərə və müəllimlərə yeni dərs ilində uğurlar arzulayıb.

OXŞAR XƏBƏRLƏR