Aşıq Mübariz "Oğluma müğənni qız almaram" dedi, tənqid olundu

Aşıq Mübariz "Oğluma müğənni qız almaram" dedi, tənqid olundu
MAQAZİN
11:55 14.10.2025
115
"Bilirəm ki, oğlum müğənni qız alsa, o ailə dağılacaq".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri "Rəngarəng" verilişində Aşıq Mübariz Camaloğlu deyib.
 
O, gəlininin müğənni olmasını istəmədiyini bildirib:
 
"Oğluma qətiyyən müğənni qız almaram. Çünki bilirəm ki, o ailə dağılacaq. Qız gedib toyda oxuyacaq, oğlum da qısqanacaq. Başdan bilirəmsə bu ailə dağılacaq, niyə icazə verim? Oğlum heç vaxt mənim sözümdən çıxmaz, mən buna imkan vermərəm. O da mənim tərbiyyəmi alıbsa, bilir ki, mən deyən olacaq".
 
Onun bu fikirləri studiyada qonaq olan həmkarlarının narazılığına səbəb olub.

Aysel
 

OXŞAR XƏBƏRLƏR