"AŞPA bu dəhşətli vəziyyətə son qoymaq üçün Ermənistana təzyiq etməlidir" - Qənirə Paşayeva

"AŞPA bu dəhşətli vəziyyətə son qoymaq üçün Ermənistana təzyiq etməlidir" - Qənirə Paşayeva
SİYASƏT
23:39 12.04.2019
7933
Millət vəkili Qənirə Paşayeva bu gün AŞPA-da "Azad müzakirələr"də Ermənistanı Avropa Məhkəməsinin "Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarını, AŞPA-nın 1416 saylı qətnaməsini və Sərsəng su anbarı ilə bağlı qətnaməsini yerinə yetirməməkdə və Avropa Şurasını Ermənistana təzyiq göstərməməkdə ittiham edib.
 
AZXEBER.COM xəbər verir ki, millət vəkili, Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva bu gün AŞPA-da çıxışında deyib:

"Əziz dostlar,
Mən Cənubi Qafqaz bölgəsində baş verən bəzi proseslər, Avropa məhkəməsinin icra olunmayan qərarları və AŞPA-nın uzun illərdir həyata keçirilməyən qətnamələri barədə danışmaq istəyirəm. Avropa Məhkəməsinin qərarları üzv ölkələrdə icra olunmalıdır. Amma Ermənistanın keçmiş rəhbərliyi Avropa İnsan Haqları məhkəməsinin "Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarını yerinə yetirməkdən imtina etdi. Öz evinə dönə bilməyən məcburi köçkünlərin Avropa məhkəməsinə müraciəti əsasında qəbul edilmiş bu qərarın yerinə yetirilməsi üçün üçün təəssüf ki AŞ qurumları da ciddi addımlar atmadı və qərarın yerinə yetirilməsi üçün Ermənistanın sabiq rəhbərliyinən heç.bir ciddi təzyiq göstərmədilər. Çox təssüf ki Ermənistanın yeni rəhbərliyi də bu qərarı yerinə yetirmək üçün heç bir ciddi addım atmır. Bu məsələ Avropa Şurası Parlament Assambleyasını ciddi narahat etməlidir. "Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarın qəbulundan uzun zaman keçir və onun yerinə yetirilməsi üçün AŞPA, AŞ qurumları Ermənistana ciddi təsir və təzyiqlər göstərməlidir. Bu məsələlərə yanaşmada ikili standartlar olmamalıdır. Öz evinə dönə bilməyən məcburi köçkünlər AŞPA-nı bu məsələlərdə daha həssas olmağa çağırır.
 
Onlar sizi eyni zamanda AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində də Ermənistana təzyiq göstərməyə çağırır. Bu qətnamənin qəbulundan 10 ildən çox zaman keçir amma Ermənistan hələ də bu qətnaməni yerinə yetirməkdən imtina edir və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə dönməsinə imkan vermir. Mən eyni zamanda başqa bir vacib məsələni də səsləndirmək və Assambleyamızı bu istiqamətdə də ciddi addımlar atmağa çağırıram.
 
Bir müddən əvvəl Assambleyamız Sərsəng su anbarı ilə bağlı 2085 saylı qətnamə qəbul etmişdi. Həmin qətnamədə AŞPA Ermənistandan tələb edirdi ki, su ehtiyatlarından siyasi təsir və təzyiq kimi istifadə etməyə son qoysun. Amma Ermənistan bu günə qədər bu qətnamənin də həyata keçirilməsi üçün heç bir addım atmır və on minlərlə azərbaycanlı, əhalinin sıx yaşadığı bir neçə region bundan ciddi əziyyət çəkməkdə davam edir. Biz Assambleyanı çağırırıq ki bu məsələyə də daha böyük diqqət yetirsin və qəbul etdiyi qətnamənin yerinə yetirilməsi istiqamətində daha sərt mexanizmlərə əl atsın və onun yerinə yetirilməsi istiqamətində Ermənistana təzyiq etsin.

Əziz dostlar,

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti və Azərbaycanın AŞ yanında Daimi Nümayəndəliyi yaz sessiyasi çərçivəsində işğal altında olan Azərbaycan torpaqlarında vəziyyətlə bağlı tədbir keçirdi və dəhşətli faktları fotolarla təqdim etdi. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində tarixi-mədəni, dini abidələrin, qəbirstanlıqların dağıdılmasına AŞPA biganə qalmamalıdır, öz etiraz səsini ucaltmalı və bu dəhşətli vəziyyətə son qoymaq üçün Ermənistana təzyiq etməlidir.
 
Biz sizi Azərbaycanla bərabər dünya mədəniyyətinin də bir parçası olan abidələrin məhv edilməsinə ciddi etiraz səslərinizi ucaltmağa çağırırıq.
Əziz dostlar, evlərinə dönə bilməyən bütün azərbaycanlı köçkünlər onların pozulan haqlarının müdafiəsi istiqamətində sizdən daha faəl mövqe, bu istiqamətdə səylərinizi daha da artırmanızı gözləyirlər. İnsan haqlarının müdafiəsi dəyərlərinin qorunması prinsipləri üzərində qurulan AŞPA o insanların səsini dinləməli və onların öz evlərinə dönə bilməsinə dəstək olmalıdır."
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər