AŞPA-nın qış sessiyasının gündəliyinə Azərbaycana dair məsələ salınmayıb

SİYASƏT
12:32 25.12.2013
817

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) gələn il keçiriləcək qış sessiyasının gündəliyinə Azərbaycanla bağlı məsəslə daxil edilməyib.

AZXEBER.COM qurumun rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 27-dən 31-nə kimi davam edəcək sessiyada AŞPA prezidenti və vitse-prezidentlər seçiləcək.Sessiyada Avropa Parlamentinin prezidenti Martin Şults və Avstriya kansleri Verner Faymanın çıxışları nəzərdə tutulub, həmçinin Ukraynada demokratik institutların fəaliyyəti, Avropada irqçilik, iqlim dəyişiklikləri və digər məsələlər ətrafında debatlar təşkil olunacaq.

OXŞAR XƏBƏRLƏR