Məşhur iş adamı Telman İsmayılovla qohum olan millət vəkili danışıb.
AZXEBER.COM xəbər verir ki, deputat Hacı Salayev virtualaz.org-a qısa açıqlamasında azərbaycanlı milyarder Telman İsmayılovla qohum olduğunu təsdiqləyib.
Hacı Salayev oğlu Kənanla T.İsmayılovun qardaşı qızı Arzu Mərdanovanın ötən şənbə günü ailə həyatı qurduqlarını deyib: “Kənanla Arzu universitetdə bir yerdə oxuyublar. Tanışlıqları da o vaxta təsadüf edir. Fevralın 15-də övladlarımızın toyu oldu. Allah hər kəsin ailəsinə xoşbəxtlik qismət etsin”.