Ağstafada aşan TIR-da Türkiyə vətəndaşı xəsarət aldı

Ağstafada aşan TIR-da Türkiyə vətəndaşı xəsarət aldı
HADİSƏ
23:04 20.04.2025
479
Ağstafada 1 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası olub.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi yolunun rayonun ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan TIR idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza zamanı Türkiyə vətəndaşı olan sürücü 1974-cü il təvəllüdlü P.Fərrux xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
OXŞAR XƏBƏRLƏR