Ağstafada mikroavtobus “Kamaz”la toqquşub: ölənlər və yaralananlar var

Ağstafada mikroavtobus “Kamaz”la toqquşub: ölənlər və yaralananlar var
Bütün Xəbərlər
13:19 27.11.2013
978

Bakı-Qazax magistral yolunun 450-ci kilometrliyində, Ağstafa rayonu ərazisindən ağır yol nəqliyyat qəzası baş verib.

Bu barədə məlumatı AZXEBER.COM-a Baş Dövlət Yol Polisi İdarəsindən veriblər.

Məlumata görə, dünən axşam saatlarında Qazaxdan Bakıya sərnişin daşıyan “Mercedes Sprinter” markalı mikroavtobus qarşı tərəfdən gələn və ön təkəri partlayaraq idarəetməni itirən “Kamaz”-la toqquşub.Qəza nəticəsində mikroavtobus yolun kənarındakı çökəyə düşüb və sürücü, Qazax rayon Xanlıqlar kənd sakini 41 yaşlı Mətləb Mustafayev və yolun kənarında dayanan Ağstafa rayon Aşağı Göyçəli kənd sakini 30 yaşlı Niyaməddin Tağıyev hadisə yerindəcə həlak olublar.Mikroavtobusda olan 7 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Onlardan 4-nün vəziyyətinin orta ağır olduğu bildirilir.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR