Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Kösgər kəndi yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı daşa çırpılıb.
Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP-nin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.