Ağstafanıın dərdi var, dərmanı yox

Ağstafanıın dərdi var, dərmanı yox
Bütün Xəbərlər
16:47 13.07.2012
2075
RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA ACINACAQLI VƏZİYYƏT YARANIB Ağstafa rayonunun kəndlərində dərman problemi yaşanır. Problemin yaranmasına səbəb isə kənd xəstəxanalarına və ambulotoriyalarına ayrılan dərmanların Rayon Mərkəzi Xəstəxanasının Baş Həkimi Elşad Məmmədov tərəfindən satılmasıdır. Bu barədə Ağstafa rayonunun bir qrup sakinin PİA.AZ-a yolladığı müraciətində bildirilir. Sakinlərin bildirdiyən görə Ağstafa rayonunun kənd xəstəxana və ambulotoriyalarında heç bir dərman tapılmır. Kənd xəstəxanalarında və ambulatoriyalarda bundan şikayət edən şəxslərə bildirirlər ki, Baş Həkim Elşad Məmmədov hər ay onlara dərmanları almaları ilə bağlı sənəd imzalatdırır. Sonra isə dərmanları görən olmur. Bildirilir ki, Elşad Məmmədov həmin dərmanları Ağstafadakı apteklərdə satdırır. Müraciətdə həmçinin bildirilir ki, Rayon Mərkəzi Xəstəxanasında UZİ aparatından keçmək üçün 15 manat ödəmək zorundadırlar. Həmçinin məlumatda qeyd olunur ki, Elşad Məmmədov təcili yardım maşınlarına ayrılan benzini mənimsəyir. Təcili yardım maşınlarına isə deyir ki, gedin benzinip özünüz alın. Pulunu xəstələrdən alarsınız. Müraciətdə həmçinin bildirilir ki, rayonunun kənd xəstəxanaları və ambulotoriyaları baxımsızlıq ucbatından bərbad vəziyyətdədir. Uzun illərdir ki, bu səhiyyə müəssisələrində təmir işləri aparılımır. Bundan başqa şikmyətçilər Rayon Mərkəzi Xəstəxanasının Doğum evindəki acınacaqlı vəziyyəti də dilə gətirilər. Doğum evində rüşvətin ayaq tutub yeridiyini bildirən şikayətçilər qeyd edirlər ki, burdakı antisanitariya vəziyyəti sadəcə olaraq adamı dəhşətə gətirir. Həmçinin bildirilir ki, Doğum evinin baş həkimi Aynur Namazlı uzun illərdir ki, vərəm xəstəsidir və davamlı olaraq Moskvaya müalicəyə gedir.
OXŞAR XƏBƏRLƏR