Astarada 47 yaşlı qadının qətli ilə bağlı cinayət işi açılıb

Astarada 47 yaşlı qadının qətli ilə bağlı cinayət işi açılıb
HADİSƏ
20:22 22.08.2025
347
Avqustun 22-də saat 15 radələrində Astara şəhər sakini 1978-ci il təvəllüdlü Məhəbbət Qasımovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

AZXEBER.COM xəbər verir ki, bu haqda Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumatda deyilib.

Bildirilib ki, ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Murad Kazımzadənin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək anası Məhəbbət Qasımovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. M. Kazımzadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.
OXŞAR XƏBƏRLƏR