Astarada evdən kişi meyiti tapılıb.
AZXEBER.COM "Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə Astara şəhərində mənzillərin birində qeydə alınıb.
Belə ki, 1977-ci il təvəllüdlü Nizami Vidadi oğlu Kərimovun meyiti yaşadığı mənzildə asılı vəziyyətdə aşkarlanıb.
İlkin məlumata görə, 3 qız, 1 oğul atası olan Nizami Kərimovun özünü asaraq intihar etdiyi bildirilir.
Qeyd edək ki, N. Kərimov sakini olduğu rayonda bərbər kimi fəaliyyət göstərib.