Astaralıları şoka salan məsələnin məğzinə varmadan onu deyək ki, naməlum uçan obyektləri xarici sənədli, bədii filmlərdə izləməyə adət etmişdik. Amma artıq son bir neçə ildir ki, Azərbaycan ərazisində də bu qonaqları müşahidə etməyə yavaş-yavaş alışırıq.Bu dəfə naməlum obyekt Azərbaycanın cənub bölgəsinə təşrif buyurub. Naməlum obyektin videogörüntüsü Astara rayonu ərazısində lentə alınıb. Onu da deyək ki, obyekt fasilələrlə Saatlı və İmişli rayonları ərazısində də müşahidə olunub.//anspress