Astarada oğul atasını öldürdü

Astarada oğul atasını öldürdü
SOSİAL
10:14 19.09.2016
2859

Astarada qətl hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Pəlikeş kəndində qeydə alınıb.
 
Kənd sakini, 26 yaşlı Cəsarət Tağıyev ailə münaqişəsi zəminində atası, 54 yaşlı Xafitəli Tağı oğlu Tağıyevi bıçaqlayaraq qətlə yetirib. Hadisəni törətmiş C.Tağıyev yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
 
Faktla bağlı Astara Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

///Apa

OXŞAR XƏBƏRLƏR