Astarada qəza - 4 nəfər xəsarət alıb

Astarada qəza - 4 nəfər xəsarət alıb
SOSİAL
22:20 19.09.2026
32
Astarada ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, hadisə rayonun ucqar dağ kəndi olan Təxtənəkəranda qeydə alınıb.

Samid Həmidovun idarə etdiyi "Ford Transit" markalı yük avtomobili qarşıdan gələn, Astara rayonunun Miki kənd sakini, 1957-ci il təvəllüdlü Gülağa Ağahəsən oğlu Əliyevin idarə etdiyi "Niva" markalı avtomobillə toqquşub. Toqquşmadan sonra "Ford Transit" yoldan çıxaraq aşıb.

Qəza nəticəsində "Niva"nın sürücüsü Gülağa Əliyev və avtomobildə sərnişin qismində olan oğlu, Astara rayonunun Rinə kənd sakini, 1980-ci il təvəllüdlü Rüstəm Gülağa oğlu Əliyev, eləcə də Rinə kənd sakinləri - 2007-ci il təvəllüdlü Elvin Fərhad oğlu Əliyev və 2008-ci il təvəllüdlü Şəhram Rüstəm oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Vəziyyətləri daha ağır olan Gülağa Əliyev və Rüstəm Əliyev reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlər onlara dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu qoyublar.

İlkin məlumata görə, "Ford Transit" markalı avtomobilin əyləc sistemində nasazlıq yaranıb və nəticədə onun "Niva" ilə toqquşması qaçılmaz olub.

Qəza zamanı "Ford Transit"in sürücüsü xəsarət almayıb.

Qeyd edək ki, hadisənin baş verdiyi yol enişli-yoxuşludur.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR