Astarada sakini iki nəfəri bıçaqladı

KRİMİNAL
20:00 29.04.2014
2106
Azərbaycanın Astara şəhərində bıçaqlanma hadisəsi baş verib.
Astara Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə aprelin 29-da saat 16.30 radələrində qeydə alınıb.
Astara şəhər sakini, 1990-cı il təvəllüdlü Əli Məstəli oğlu Miriyev şəxsi münaqişə zəminində həmyerliləri - 1981-ci il təvəllüdlü Səbuhi Şirinəli oğlu Quliyevə və 1962-ci il təvəllüdlü Fikrət Təvəkkül oğlu Salmanova bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hər iki yaralı Astara Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və burada onlara müvafiq tibbi yardım göstərilib. Lakin yaralıların vəziyyəti ağırlaşdığından, hər ikisi Lənkəran Mərkəzi Rayon Xəstəxanasına göndərilib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş Əli Miriyev isti izlərlə yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR