Astarada yol qəzası: yaralılar var

Astarada yol qəzası: yaralılar var
SOSİAL
11:41 02.02.2019
6731
Astara rayonunda yol qəzası baş verib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, "VAZ-2106" və "Mercedes" markalı avtomobillər toqquşub. 

Nəticədə "VAZ-2106"nın sürücüsü, 1985-ci il təvəllüdlü Artupa kənd sakini Rahim Ramiz oğlu Qulamov Lənkəran Rayon Məkəzi Xəstəxanasına çatdırılıb. Yaralı ilkin tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Hələlik adları açıqlanmayan digər üç nəfər isə vəziyyətləri orta-ağır olduğundan Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır. 
OXŞAR XƏBƏRLƏR