Bu gün Astarada yük avtomobili aşıb.
Hadisə saat 13:30-da Ələt-Astara magistralının 227-ci kilometrliyində, rayonun Maşğan kəndi ərazisində baş verib.“Kamaz” markalı yük avtomobili ilə Ələt istiqamətində hərəkət edən rayonun Ərçivan kənd sakini 27 yaşlı Boli Davud oğlu Əliyev idarəetməni itirərək avtomaşını aşırıb. Hadisə nəticəsində sürücü yüngül bədən xəsarətləri alıb.Hadisə nəticəsində aşan yük avtomobili Ələt-Astara magistarlını bağladığından avtomobillərin hərəkətində 2 saata yaxın fasilə yaranıb. Bu istiqamətdə hərəkət edən avtomobillər alternativ yollara yönəldiliblər. Faktla bağlı araşdırma aparılır.