Astaranın hərbi komissarı işdən çıxarıldı

Astaranın hərbi komissarı işdən çıxarıldı
Bütün Xəbərlər
12:53 24.12.2011
2308

Azərbaycan Müdafiə Nazirliyi Astara rayon Hərbi Komissarlığının eşitmə qabiliyyətini itirmiş şəxsi hərbi xidmətə çağırması faktı ilə bağlı ciddi tədbirlər görüb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-ya açıqlamasında bildirib ki, müdafiə naziri Səfər Əbiyevin əmri ilə Astara rayon hərbi komissarı, polkovnik-leytenant Rafael Vahidov tutduğu vəzifədən azad edilib.

Bir sıra cavabdeh tibb işçiləri də cəzalandırılıb. Onlardan 4-nə şiddətli töhmət verilib, 2-nə vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq olunub, 1 nəfərin rütbəsi isə aşağı endirilib. Əsgər İxtiyar Nadirov eşitmə qabiliyyəti olmadığı üçün Azərbaycan Ordusu sıralarından tərxis edilib. Qeyd edək ki, müdafiə naziri Səfər Əbiyev eşitmə qabiliyyətini itirmiş İxtiyar Nadirovun ordu sıralarına çağırılması faktı ilə bağlı araşdırma aparılması üçün komissiya yaradıb. Bu addımlar komissiyanın gəldiyi nəticəyə uyğun olaraq atılıb. Xatırladaq ki, Astara rayonunun Pensər kənd sakini, eşitmə qabiliyyətini itirmiş İxtiyar Nadirovun cəbhə xəttində, Tərtər rayonunda hərbi hissədə hərbi xidmətdə olması barədə mətbuatda məlumatlar verilib. Məlumatlara görə, əsgərin bir qulağının anadangəlmə eşitmə qabiliyyəti olmayıb, digər qulağı isə çox zəif eşidir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib