Astroloqdan 14 iyul xəbərdarlığı: Tələsik qərar verməyin

Astroloqdan 14 iyul xəbərdarlığı: Tələsik qərar verməyin
MARAQLI
15:10 08.07.2026
409

Yeni Ay ailə və sevgi həyatında köhnə mövzuları yenidən gündəmə gətirəcək.


AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 14 iyulda Xərçəng bürcünün 21-ci dərəcəsində baş verəcək Yeni Ay emosional və keçmişlə bağlı mövzuları ön plana çıxaracaq.


Astroloq Dinçer Güner bildirib ki, Merkuri retrosunun da təsiri ilə bu dövr yeni başlanğıclardan daha çox yarımçıq qalmış məsələlərin tamamlanması üçün əlverişli olacaq.


Onun sözlərinə görə, Xərçəng bürcü ev, ailə və aidiyyət hissini təmsil etdiyindən, uzun müddətdir danışılmayan ailə problemləri, köhnə incikliklər və həll olunmamış məsələlər yenidən gündəmə gələ bilər.


Astroloq xəbərdarlıq edib ki, Merkuri retrosu səbəbindən ünsiyyətdə anlaşılmazlıqlar yarana bilər. Bu səbəbdən mühüm müqavilələrin imzalanması, böyük investisiyalar və yeni qərarların 25 iyuldan sonraya saxlanılması daha məqsədəuyğundur.


Dinçer Güner qeyd edib ki, bu dövrdə keçmiş sevgililərdən gözlənilməz mesajlar gəlməsi və uzun müddətdir əlaqə saxlanılmayan dostlarla yenidən ünsiyyət qurulması mümkündür. Lakin o, bu cür hallarda emosional qərarlar verməməyi tövsiyə edib.


Ev almaq, kirayələmək, köçmək və ya təmir planlaşdıran şəxslərə də diqqətli olmaları tövsiyə olunub. Astroloq xüsusilə müqavilə şərtlərinin diqqətlə yoxlanılmasının vacibliyini vurğulayıb.


O əlavə edib ki, Yeni Ay dünya miqyasında da mənzil bazarı, kirayə qiymətləri, ərzaq, kənd təsərrüfatı, sosial yardımlar, sərhəd təhlükəsizliyi, eləcə də texnologiya və kibertəhlükəsizlik sahələrində mühüm hadisələrə işarə edə bilər.

 

Gülay

OXŞAR XƏBƏRLƏR