Astroloqdan subaylara şad xəbər: Bu tarixdə bəxtiniz açılacaq

MARAQLI
12:13 05.12.2023
334
Məşhur astroloq Dinçer Güner "X” hesabında diqqətçəkən paylaşım edib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Dinçer Güner Venera ilə Saturn arasında yaranacaq üçbucağın subaylara uzunmüddətli əlaqələr gətirəcəyini bildirib.
 
Astroloq sosial media hesabında paylaşdığı yazısında bunları deyib:  

"Venera ilə Saturn arasında üçbucaq yaranacaq. Təsir müddəti 4 gündür. Ciddi, uzunmüddətli münasibətlərə başlamaq üçün münasib zamanıdır. Əslində yeni tanış olacağınız insanlar ruhən və ya həyatda sizdən daha yetkin ola bilər. Şəxsi həyat problemlərini müəyyən etmək və bu problemlər haqqında ciddi söhbətlər etmək üçün ideal vaxtlardır. Bu müddət ərzində alınan əşyalar davamlı ola bilər. Münasibətlərdə ciddiyət və məsuliyyət ön planda olacaq”.
 
Astroloq qeyd edib ki, yaranan bəzi hallarda yaxınlarınızdan məsləhət ala bilərsiniz: 

"Mövcud münasibətinizi gücləndirəcək və möhkəmlədəcək inkişaflar ola bilər. Sizdən daha yaşlı birindən məsləhət ala və ya kömək istəyə bilərsiniz. Bu, işgüzar əlaqələr və planlar üçün çox məhsuldar bir proses ola bilər. Planlaşdırma, təşkil etmək və büdcə tərtib etməkdə uğurlu cəhdlər edə bilərsiniz. Uzunmüddətli investisiyalar üçün əla zaman dilimidir. Yeni tərəfdaşlıqlar da yaradıla bilər".

Oksana

OXŞAR XƏBƏRLƏR